Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:59 | 26 iyul 2024 | Cümə
Məqaləyə 564 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın hazırkı prezidenti Co Bayden builki seçkilərdə iştirak etməyəcəyini elan etdikdən sonra vitse-prezident Kamala Harrisin Trampa qarşı mübarizə aparacaq Demokratlar Partiyasından namizəd kimi onu əvəzləyəcəyi gözlənilir.
Tramp Şimali Karolina ştatının Şarlotta şəhərində etdiyi çıxışda Harrisi “qırmızı əti qadağan edən qanunlar qəbul etmək” istəməkdə günahlandırıb və bunun sonda “inəyin hökmranlığına” (Hindistandakı kimi – Vaxt.az) gətirib çıxara biləcəyini bildirib.
Tramp, “Kəmalə hətta iqlim dəyişikliyini dayandırmaq üçün qırmızı əti qadağan edən qanunlar qəbul etmək istəyir... Bunun nə demək olduğunu bilirsinizmi? Bu o deməkdirmi ki, artıq inək yoxdur? Təhlükəli. “Düşünürəm ki, nəticədə bu, artıq heç kimin olmayacağı anlamına gələcək”.
Tramp eyni çıxışı zamanı immiqrasiyadan danışarkən, uydurma doktor Hannibal Lekteri də misal çəkib: “Onlar təkcə Cənubi Amerikadan deyil, Afrikadan (Donald Harris Yamayka vətəndaşı miqrant olub), Asiyadan (Şamala Gopalan Hindistandan gələn miqrant bioloq alim), Yaxın Şərqdən gəlirlər. Hər yerdən gəlirlər... Dünyanın hər yerindən, həbsxanalardan, təcridxanalardan, ruhi xəstəxanalardan və psixiatriya klinikalarından ...”.
Respublikaçı namizədin seçki kampaniyası dünən (cümə axşamı) elan etdi ki, Donald Tramp Demokrat Partiyasının namizədliyi hələ rəsmiləşmədiyi üçün Kamala Harrislə iddia edilən debat üçün hər hansı cədvəl təyin etməkdən imtina edib.
Trampın seçki kampaniyasının sözçüsü Stiven Çeunq açıqlamasında deyib: “Demokratlar öz namizədləri ilə bağlı rəsmi qərar vermədikcə, ümumi seçki debatının təfərrüatları yekunlaşa bilməz... Harrislə proqram hazırlamaq düzgün olmaz, çünki Demokratlar öz seçimlərini dəyişə bilərlər”.
Donald Tramp çıxışındakı iki ana mövzu ilə Harrisin immiqrant ailədən olmasına diqqət çəkib.