Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:51 | 16 avqust 2024 | Cümə
Məqaləyə 566 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-dakı prezident seçkiləri prosesi Respublikaçılar Partiyasının namizədi və keçmiş prezident Donald Trampa sui-qəsd cəhdi, Demokratlar Partiyasının sədri Co Baydenin namizədliyindən geri çəkilməsi və onun yerinə vitse-prezident Kamala Harrisin təyin edilməsi kimi sensasiyalı hadisələrlə davam edərkən onların sırasına daha biri əlavə olunub. Belə ki, siyasi çəkişmələrin 50 illik dostluğu bitirməsi iddiaları var.
Demokratlar Partiyasının nüfuzlu simalarından olan, 1970-ci illərdən bəri yaxın dost olan 84 yaşlı Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi ilə 81 yaşlı Baydenin namizədliyini geri götürdüyü vaxtdan bəri görüşmədiyi bildirilib. İkili arasında soyuqluğun səbəbi Baydenin namizədliyindən imtina etməsinə səbəb kimi Pelosinin Demokratik Partiya daxilində təzyiqləri təşkil etdiyini düşünməsidir. Qeyd olunur ki, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın bu prosesdə göstərdiyi münasibət də Baydeni ruhdan salıb.
***
“New York Times” və “Politico” qəzetlərinə danışan mənbələr Baydenin Pelosiyə “qəzəbləndiyini” və “namizədlikdən geri çəkilmə prosesinin irəliləməsindən” narahat olduğunu bildirib. Mənbələr deyirlər ki, Bayden Pelosinin seçkilərdə Trampa qalib gəlmək və ABŞ Konqresində səs çoxluğunu Demokratlara ötürmək üçün lazım olanı etmədiyini düşünür. Demokrat Partiyasının siyasi gələcəyini görə köhnə dostluqlarını kənara qoymasını mərhəmətsizlik kimi xarakterizə edib.
***
Mənbələr, Baydenin namizədlikdən geri çəkildiyini elan etdikdən sonra ikisinin əlaqə saxlamadığını bildirsə də, Pelosinin “The New Yorker” müxbiri Deyvid Nemrikə bu səbəbdən yuxusunu qaçırdığını söylədiyi deyilir. Digər tərəfdən, Pelosi Baydenin ona qarşı Demokratik Partiya üzvlərinin etirazlarını təşkil etmək fikrinə qarşı çıxır. Prezident Baydeni açıq şəkildə geri çəkilməyə çağırmayan Pelosi son müsahibələrində prezidenti geri çəkilməyə məcbur etmək üçün “Mən bir nəfərə belə zəng etməmişəm” desə də, Pelosiyə zəng edən çoxlu partiya üzvlərinin olduğu bildirilir. Həmçinin bildirilir ki, Baydenin təşviqat komandası, geri çəkilmə baş verməsə, Pelosinin seçkilərlə bağlı narahatlığını açıq şəkildə ifadə etməyi planlaşdırdığını düşünüb.
***
Baydenin üzüldüyü digər şəxs isə keçmiş prezident Obamadır. Bildirilir ki, Bayden vitse-prezident vəzifəsində çalışdığı Obamanın partiya daxilində ona qarşı artan hərəkata qarşı durmağa çalışmamasından məyus olub. Həmçinin qeyd edilir ki, Bayden Obamanın komandasının ona “yuxarıdan aşağı baxdığını” düşünür.
ABŞ prezidenti Bayden iyun ayında o vaxtkı rəqibi Donald Trampla canlı yayımda keçirilən debatda zəif performans göstərmişdi və debatdan sonra Demokratik dairələrdə Baydenin prezidentliyə namizədliyindən geri çəkilib-çəkilməməsi ilə bağlı gərgin və qızğın müzakirələr başlayıb. Bayden iyulun 21-də namizədlikdən geri çəkildiyini elan edib və onun yerinə vitse-prezident Kamala Harris Demokratlar Partiyasının prezidentliyə namizədi olub. Pelosi və Obamanın pərdəarxası müzakirələrə rəhbərlik etdiyi iddia edilib.