Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
23:41 | 4 sentyabr 2024 | Çərşənbə
Məqaləyə 1065 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Almaniya kansleri Olaf Şolz Rusiyanın illərdir kütləvi silahlanmasını tənqid edib və bəyan edib ki, Ukraynaya hücum etməklə Avropanın sülh nizamının əsaslarını məhv edib.
Şolz, Todendorf qəsəbəsində “İris-T SLM” hava hücumundan müdafiə sisteminin istifadəyə verilməsi mərasimindəki çıxışında Rusiya prezidenti Vladimir Putinin Ortamənzilli Nüvə Qüvvələr Sazişindən çıxmaqla tərksilah müqavilələrini pozduğunu qeyd edərək, “Raketləri Berlindən 530 kilometr uzaqda olan Kalininqrada Putin göndərdi. Müvafiq reaksiya verməmək səhlənkarlıq olardı”, – deyib.
“İris-T SLM” hava hücumundan müdafiə sisteminin Almaniyada fəaliyyətə başlamasının əhəmiyyətinə diqqət çəkən Şolz, “Bu, mübaliğəsiz, Avropada təhlükəsizliyin və sülhün qorunmasına dair bir layihədir. Rusiya bütün Ukraynaya hücum edərək, Avropa sülh nizamımızın ən əhəmiyyətli təməlini məhv etdi. Rusiya, uzun illərdir ki, xüsusilə qanadlı raketlər sahəsində kütləvi şəkildə silahlanıb”, – deyib.
“İris-T SLM”nin Almaniyanın təhlükəsizliyinə töhfə verəcəyini vurğulayan kansler, “Bu, uzun müddətdir hava hücumundan müdafiəyə laqeyd yanaşdıqdan sonra ölkəmizin təhlükəsizliyi üçün əhəmiyyətli bir addımdır. Həm də Avropanın təhlükəsizliyi üçün vacib addımdır. Yeni silah sistemi Almaniya tərəfindən yaradılıb və hazırda 21 ölkənin iştirak etdiyi Avropanın “Sky Shield” hava hücumundan müdafiə sisteminin mərkəzi komponenti olacaq”, – deyib.
Şolz həmçinin, Ukraynaya çatdırılan dörd “İris-T SLM” sistemi ilə yüzlərlə Rusiya qanadlı raketinin, pilotsuz uçuş aparatının və raketinin vurulduğunu və çoxlu insanın həyatının xilas edildiyini bildirib.
Müdafiə naziri Boris Pistorius da ilk “İris-T SLM” hava hücumundan müdafiə sisteminin tətbiqinin tarixdə dönüş nöqtəsi olduğuna inandığını bildirib.
Pistorius qeyd edib ki, Şlezviq-Holşteyn əyalətinin Baltik sahilindəki Todendorf bölgəsi gələcəkdə ölkəsinin hava hücumundan müdafiə qüvvələrinin mərkəzi olacaq.