Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
17:44 | 12 sentyabr 2024 | Cümə axşamı
Məqaləyə 583 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Məxfi xidməti 6 yanvar 2021-ci ildə Amerika demokratiyasının gedişatı ilə bağlı müzakirələrin mərkəzinə çevrilən Konqres basqınının təkrarlanmaması üçün təhlükəsizliyin artırılacağını bəyan edib.
“Washington Post” qəzetində yer alan xəbərə görə, 5 noyabrda keçiriləcək prezident seçkilərindən sonra Konqres seçkilərin nəticələrini qeydə almaq üçün 6 yanvar 2025-ci ildə toplanacaq. ABŞ Məxfi xidmətinin Xüsusi mühafizə bölməsinə cavabdeh olan agent Erik Ranaqan bəyan edib ki, 2021-ci il yanvarın 6-da Konqresə basqının təkrarlanmaması üçün 2025-ci il yanvarın 6-da təhlükəsizlik tədbirləri artırılacaq.
ABŞ Kapitolinin qorunmasına cavabdeh olan polis rəisi J.Tomas Manger də mümkün təhlükəyə necə cavab veriləcəyini müəyyən etmək üçün Milli Qvardiya ilə koordinasiyalı çalışacaqlarını bildirib. Manger, Konqres binasında 2200 polisin növbətçi olduğunu və bu rəqəmin 4 il əvvəlki ilə müqayisədə 250 nəfər artdığını bildirib.
Lazım gələrsə, minlərlə polis məmurunun dəstək üçün səfərbər edilməsinin planlaşdırıldığını vurğulayan Manger, “6 yanvar 2021-ci ildən daha yaxşı təchiz olunmuş və daha yaxşı təlim keçmişik. Daha yaxşı bir əməliyyat planımız var”, – deyib.
4 il əvvəl Konqresin reydi zamanı Milli Qvardiyanın səfərbər edilməsində bürokratik gecikmələr oldu. Bildirilib ki, indi Maqnerin tələbi ilə Milli Qvardiya daha tez hərəkətə keçə bilər.
Mümkün təhlükələrə qarşı görülməli olan tədbirlərə Kapitolinin məftilli hasarlarla əhatə olunması, Milli Qvardiyanın çağırılması və paytaxtda xidmət üçün əlavə polis əməkdaşlarının təyin edilməsi daxildir.
ABŞ-da ifrat sağçı qruplar və keçmiş prezident Donald Trampın tərəfdarları 3 noyabr 2020-ci il prezident seçkilərinin nəticələrinə etiraz olaraq 6 yanvar 2021-ci ildə sessiyanın keçirildiyi Konqresin binasına basqın ediblər.
Basqın zamanı biri polis məmuru olmaqla 5 nəfər ölüb. Basqına görə ictimai üsyana təhrik etdiyinə görə impiçment üçün mühakimə olunan Tramp 2021-ci ilin fevralında Senatda keçirilən səsvermədə bəraət qazanıb.