Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:27 | 7 aprel 2014 | Bazar ertəsi
Məqaləyə 3132 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın eks prezidenti kiçik Corc Buş özünün dünya liderlərinin portretlərindən ibarət sərgisinin açılışı ilə bağlı öz qızı Conna Buş Xeyqerin «Today» teleproqramına müsahibə verib.
ANS PRESS-in məlumatına görə, Buş portretlərini çəkdiyi bütün dünya liderlərinin xarakteristikasını verərkən, RF prezidenti Vladimir Putinlə görüşündən danışaraq onun bəzi xasiyyətlərini üzə çıxarıb: «Putin bizim sevimli itimiz barəsində hörmətsiz sözlər işlətdi. O, mənim ürəyimdə xüsusi yer tutan Barniyə baxıb, «Siz buna it deyirsiz?» dedi.»
C.Buş söhbətinə belə davam edib: «Bir ildən sonra biz sənin ananla Putinin dəvəti ilə onlara getdik. Vladimir dedi: «Mənim itimi görmək istəyirsiz?» Və qarşımıza nəhəng tazı çıxdı. Şotland teryerindən böyük idi, Putin mənə baxdı və dedi: «Barnidən güclü və sürətlidir».
ABŞ-ın keçmiş prezidenti o zaman Putinin şəxsiyyəti barədə düşünməyə başladığını söyləyib: «Mən sadəcə buna diqqət yetirdim, lakin reaksiya vermədim. Sadəcə düşündüm ki, «Mənim itim səninkindən böyükdür» deyən şəxs maraqlı personajdır».
C.Buş prezident olduğu dövrlərdə Putinlə bir neçə dəfə görüşdüyünü, lakin münasibətlərinin sonda gərginləşdiyini deyib: «Mən onu çox yaxşı tanıyırdım. Vladimir - ABŞ-a daha çox düşmən kimi baxan bir insandır. Baxmayaraq ki, o, bu hisslərini dilə gətirməmişdi, mən onun dünyaya belə baxdığını görürdüm; ya ABŞ xeyir götürməlidir, Rusiya isə dözməlidir, ya da əksinə. Əlbəttə ki, mən onun bu fikirlərini dağıtmağa cəhd etdim».
Son illər rəssamlıqla ciddi məşğul olan ABŞ-ın eks-prezidenti kiçik Corc Buş rəsm əsərlərini nümayiş etdirmək qərarına gəlib. «Liderlik incəsənəti: prezidentin şəxsi diplomatiyası» adlanan sərgidə, ABŞ-ın 43-cü prezidentinin çəkdiyi 20 dünya liderinin portreti ilk dəfə nümayiş olunub.