Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
18:38 | 24 yanvar 2025 | Cümə
Məqaləyə 416 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün tərəfləri danışıqlara çağırarkən, Kremlə də təhdidlər edib.
Tramp çərşənbə günü “Truth Social” sosial media platformasında etdiyi paylaşımda Rusiya prezidenti Vladimir Putini Ukraynadakı müharibəyə son qoymağa çağırıb. O bildirib ki, bu istiqamətdə addımlar atılmasa, Kremlə ciddi sanksiyalar və gömrük rüsumları tətbiq edəcək.
Kremlin sözçüsü Dmitri Peskov cümə axşamı deyib ki, “Trampın bəyanatlarında Ukrayna münaqişəsinə son qoyacaq yeni heç nə yoxdur”. “The Wall Street Journal” (WSJ) yazır ki, Putinin yaxın ətrafı Trampın təhdidlərinin “boş” olduğunu düşünür.
Hesabatda Moskvanın 2022-ci ildən bəri Qərbin sanksiyalarına müqavimət göstərdiyi və ölkənin ən azı bir il davam edəcək müharibəyə hazır olduğu qeyd edilir.
Sanksiyaların yaratdığı iqtisadi problemlərə və yüksək inflyasiyaya baxmayaraq, Rusiya iqtisadiyyatının müharibəyə bir müddət daha tab gətirə biləcəyi bildirilir. Həmçinin xatırladılır ki, hazırda Rusiya Ukraynanın demək olar ki, beşdə birinə nəzarət edir.
Moskva Ali İqtisadiyyat Məktəbindən Vasili Kaşin aşağıdakı qiymətləndirməni bölüşür: “İqtisadi tarazlığa mənfi təsirlər var, inflyasiya var, amma bu vəziyyət o qədər də ciddi deyil ki, bütün münaqişələrin dayandırılmasını tələb edək. Biz öz tələblərimizdə israrlı vəziyyətdəyik. Əgər Ukraynanın müdafiəsi indiki kimi çökməyə davam edərsə, qarşı tərəfin bizim şərtlərimizi qəbul etməsi daha ağıllı olardı”.
“WSJ” yazır ki, Trampın Ukraynaya davamlı yardımı masada deyil. Bildirilir ki, belə bir vəziyyətdə Respublika liderinin xəbərdarlıqları Rusiyanı əsas tələblərini dəyişməyə məcbur edə bilməyəcək.
Həmçinin bildirilir ki, Moskva bu təhdidləri ciddi qəbul etmir və onları müharibəni bitirmək üçün sövdələşmənin bir hissəsi kimi görmür.
Peskov bu gün verdiyi açıqlamada Putin-Tramp görüşü üçün ABŞ-dan “siqnal gözlədiklərini” də bildirib.