Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:19 | 29 yanvar 2025 | Çərşənbə
Məqaləyə 404 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Ukrayna prezidenti Vladimir Zelenski “Fox News”a müsahibəsində Ukraynanın daha böyük təhlükəsizlik zəmanətlərinə ehtiyacı olduğunu, Rusiya prezidenti Vladimir Putinin Avropadan qorxmadığını bildirib və ABŞ prezidenti Donald Trampı Ukraynanın yanında olmağa çağırıb.
Yanvarın 20-də vəzifəsinin icrasına başlayan Tramp Rusiya və Ukrayna arasındakı müharibəni tez bir zamanda dayandıracağına söz verib, lakin buna necə nail olacağını açıqlamayıb. Köməkçilər razılığa gəlmək üçün aylar çəkə biləcəyini bildiriblər. “Reuters”in verdiyi məlumata görə, Tramp Rusiya liderindən yayınan keçmiş Demokratik prezident Co Baydenin administrasiyasından fərqli olaraq Putinlə müharibənin dayandırılması ilə bağlı danışmağa hazır olduğunu bildirib.
Trampın noyabrda seçkilərdə qalib gəlməsi Moskvanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzünə son qoymaq üçün diplomatik həllə nail olmaq ümidlərini artırıb. Lakin bu, Kiyevdə tez bir zamanda sülh razılaşmasının Ukraynanın ziyanına ola biləcəyi ilə bağlı narahatlığı da artırıb.
“Biz ondan (Trampdan) ədalətin, Ukraynanın tərəfində olmasını istəyirik, Putin Avropadan qorxmur”, - Zelenski bildirib.
O, bəyan edib ki, Ukrayna Rusiya işğalını tanıya bilməz, lakin diplomatik həllə üstünlük verir.
Ağ Ev hələlik şərh verməyib.
Rusiyanın işğalından sonra Baydenin rəhbərliyi altında Birləşmiş Ştatlar Ukraynaya 175 milyard dollardan çox, o cümlədən 60 milyard dollardan çox təhlükəsizlik yardımı göstərməyi öhdəsinə götürmüşdü. Tramp dövründə yardımın bu sürətlə davam edib-etməyəcəyi bəlli deyil.