Kreml Kiyevi vurmaqla hədələdi
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
14:04 | 8 fevral 2025 | Şənbə
Məqaləyə 388 dəfə baxılıb
Şriftin ölçüsü
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İranın iddiası təkzib olundu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaqla bağlı iddia edilən atəşkəs planı sızdırılıb. Ukrayna mətbuatı Trampın Pasxa bayramına (20 aprel) qədər Ukraynanı Rusiya ilə atəşkəsi qəbul etməyə məcbur etməyə çalışacağını yazıb. Atəşkəsin təfərrüatları ukraynalıları dəhşətə gətirib.
Seçki kampaniyasını “müharibələrə son verəcəyik” vədi ilə aparan ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra ilk dəfə Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edib. Trampın Netanyahu ilə birgə mətbuat konfransı zamanı ABŞ-ın Qəzza zolağının ələ keçirəcəyini söylədiyi inanılmaz planı dünya miqyasında reaksiya alır...
***
Seçki kampaniyası zamanı “Ukrayna müharibəsini 24 saata bitirəcəyini” iddia edən ABŞ prezidenti indi Qəzza ilə bağlı müzakirələr davam edərkən diqqətini Rusiya-Ukrayna xəttinə yönəldib. Trampın gələn həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyi gözlənilir.
Dünən Ağ Evdə qonaq olduğu Yaponiyanın baş naziri İşiba Şiqeru ilə Oval kabinetdə mətbuat mənsublarına açıqlama verən Tramp Rusiya-Ukrayna müharibəsinin bitməli olduğunu deyərək, “Bu müharibənin bitməsini görmək istəyirəm, çünki çoxlu insan həlak olub. Yəqin ki, gələn həftə prezident Zelenski ilə görüşəcəyəm və yəqin ki, prezident Putinlə də danışacağam”, – deyib.
***
Ötən həftə Avropa mediası Trampın gələn həftə Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına son qoymaq planını təqdim edə biləcəyini yazmışdı.
Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq prezidentin illik konfransda çıxış etmək niyyətini təsdiqləyib, lakin planla bağlı təfərrüatları açıqlamayıb.
***
Rusiyayönlü olaraq xarakterizə edilən Ukraynanın “Strana” qəzeti iddia edib ki, ABŞ prezidenti Tramp Pasxa bayramına (20 aprel) qədər Ukraynanı Rusiya ilə atəşkəsi qəbul etməyə məcbur etməyə çalışacaq.
Qəzet sızdırılan planın Ukraynadakı “siyasi və diplomatik dairələrdə” dolaşdığını iddia edib və atəşkəs razılaşmasının məzmunu ilə bağlı məlumat paylaşıb.
İddialara görə, atəşkəs razılaşması çərçivəsində Ukraynanın NATO-ya daxil olmasının qarşısı alınacaq və ilhaq edilmiş ərazilərdə Rusiyanın suverenliyi qəbul ediləcək.
Ukrayna qoşunları avqust ayında əks-hücum əməliyyatına başladıqları Rusiyanın Kursk bölgəsini də tərk etməyə məcbur olacaq və Avropa güclərindən silahsızlaşdırılmış zonaya nəzarət istəniləcək. Amerika qoşunları bu bölməyə daxil edilməyəcək.
Növbəti onillikdə 486 milyard dollara başa gələ biləcək yenidənqurma işlərində Aİ-dən Ukraynaya yardım istəniləcək.
***
“DailyMail” qəzetinin yazdığına görə, qondarma atəşkəs planı ukraynalıları dəhşətə gətirib. Ukrayna prezidenti Vladimir Zelenski atəşkəs planlarının mövcudluğunu inkar etsə də, Ağ Evdən hələlik xəbərlə bağlı rəsmi açıqlama verilməyib.