Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
19:16 | 12 fevral 2025 | Çərşənbə
Məqaləyə 444 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
“The Guardian” qəzeti xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Danimarkanın Qrenlandiya adasını almaq istədiyi barədə açıqlamasına cavab olaraq 200 min danimarkalı ABŞ-ın Kaliforniya ştatının mülkiyyətini tələb edən istehzalı petisiya imzalayıb.
Qəzet qeyd edib ki, Tramp keçən ay vəzifəyə gəldiyi gündən Kanadanı ABŞ-ın 51-ci ştatı olmağa çağırıb, Panama kanalını ələ keçirə biləcəyini, Qəzza zolağına sahib olmaq planını irəli sürdüyünü və Qrenlandiyanı almağa çalışıb.
Petisiyada deyilir: “Gəlin Kaliforniyanı Donald Trampdan alaq. Heç bir xəritəyə baxıb Danimarkanın nəyə ehtiyacı olduğunu düşünmüsünüzmü? Daha çox günəş işığına, daha çox xurma ağacına ehtiyacımız var... Bizim bu arzumuzu gerçəkləşdirmək üçün həyatda bir dəfə olan fürsətimiz var”.
1 trilyon dollar toplamaq məqsədi daşıyan petisiyanın internet saytının yuxarı hissəsində “Kaliforniyanı yenidən möhtəşəm et” şüarı yerləşdirilib.
Müraciətdə deyilir: “Dürüst olaq. Tramp Kaliforniyanın ən böyük pərəstişkarı deyil. O, bunu ən viran olmuş dövlət kimi təsvir edib və illərdir liderləri ilə mübahisə edir. Əminik ki, o, sərfəli qiymətlə bu ştatdan imtina etməyə hazır olacaq”.
Trampla Kaliforniyanın Demokrat qubernatoru Qeyvin Nyusom arasında münasibətlər Tramp vəzifəyə gəldikdən sonra gərginləşib. Nyusom bu yaxınlarda Tramp administrasiyasının siyasətləri və immiqrantları deportasiya etmək səyləri ilə mübarizə üçün 50 milyon dollar ayırıb. Tramp Los-Ancelesdəki meşə yanğınlarından sonra ştata federal fəlakət yardımını məhdudlaşdırmaqla hədələyib.
Tramp 2019-cu ildə Qrenlandiyanı almaq fikrini irəli sürərək, ABŞ-ın “iqtisadi təhlükəsizlik üçün” muxtar bölgəyə nəzarət etməli olduğunu söyləyib.
Adanın neft, təbii qaz və yaşıl texnologiya üçün lazım olan digər xammallarla zəngin olduğuna inanılır. İqlim böhranı nəticəsində nəhəng buz təbəqələrinin əriməsi gəmiçilik yollarını açdığından bu xammallar əlçatan olub.
Yanvar ayında Danimarka televiziyasında danışan baş naziri Mette Frederiksen Qrenlandiya barədə “satılmır” demişdi. “Danimarka hökumətinin nöqteyi-nəzərindən Qrenlandiya qrenlandiyalılara aiddir”, – deyi Frederiksen bildirmişdi.
Eynilə, bu ilin əvvəlində kiçik Donald Trampın səfərindən sonra Qrenlandiyanın baş naziri Myut Eqede, “Biz Qrenlandiyalıyıq. Biz amerikalı və ya danimarkalı olmaq istəmirik. Qrenlandiyanın gələcəyini qrenlandiyalılar həll edəcək."
Danimarkanın Kaliforniyanı almaq ərizəsi zarafat olsa da, ABŞ-ın Qrenlandiyanı almaq cəhdi kifayət qədər ciddi görünür.
Respublikaçıların nümayəndəsi Baddi Karter Qrenlandiyanın satın alınması və adının dəyişdirilməsi üçün qanun layihəsi təqdim etdiyini açıqladı.