vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
Nazirə sui-qəsd cəhdi 23:57 | 12 fevral 2025 | Çərşənbə Məqaləyə 124 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirə sui-qəsd cəhdi

Yaralanan Adel Cuma son anda xilas olub

CAVİD

Liviyada hökumət nazirinə sui-qəsd olub. Hökumətin açıqlamasında bildirilir ki, silahlı şəxslər paytaxt Tripolidə Nazirlər Kabineti İşləri üzrə Dövlət Naziri Adel Cumanın avtomobilinə atəş açıblar.

Avtomobilin magistral yolda hərəkətdə olarkən birbaşa atəş açıldığı və hücum zamanı Cumanın yaralandığı və bildirilib.

Milli Razılıq Hökuməti (UMH) verdiyi açıqlamada hücumu şiddətlə pisləyərək, Cumanin səhhətinin stabil olduğunu və təhlükəsizlik orqanlarının hadisənin üzə çıxarılması və cinayətkarların tutulması üçün araşdırmalara başladığını bildirib.

***

Liviyanın Baş naziri Əbdülhəmid Dibeybenin rəhbərlik etdiyi Liviya Milli Razılıq Hökuməti 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi proseslə yaradılıb.

2011-ci ildə öldürülən devrilmiş lider Müəmmər Qəddafinin rejimindən sonra ölkə müxtəlif münaqişələrə səhnə olub.