Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:41 | 13 fevral 2025 | Cümə axşamı
Məqaləyə 267 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp dünən axşam Rusiya prezidenti Vladimir Putinlə telefon görüşməsinin ardından Oval kabinetdə jurnalistlərin qarşısına çıxıb.
Donald Tramp Vladimir Putinlə telefonla danışığında Rusiya prezidentinin sülh istədiyini, Co Bayden dövründə isə bu istəyin olmadığını bəyan edib.
Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski haqqında da tənqidi açıqlamalar verib. “Ukraynanın itirdiyi ərazilərdən imtina edib-etməyəcəyi ilə bağlı”, – suala Tramp, “O, üzərinə düşəni edəcək. Amma sorğular yaxşı görünmür”, – deyib.
Ukraynada seçkilərin keçirilməli olduğunu deyən Tramp bildirib ki, Zelenski nə vaxtsa seçkiləri təşkil etməli olacaq.
Digər tərəfdən, ABŞ-ın müdafiə naziri Pit Heqset NATO-nun qərargahında verdiyi açıqlamada Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmasının real hədəf olmadığını bildirib. Mövzu ilə bağlı açıqlama verən Tramp da, 2014-cü ildən əvvəlki sərhədlərə qayıtmağın çətin olduğunu ifadə etməklə Pentaqon rəhbəri ilə həmfikir olduğunu göstərib.
Ukraynanın NATO-ya daxil olması ilə bağlı Tramp “Ukraynanın NATO-ya üzv olmayacağını deyirlər, bu mənim üçün problem deyil... Onun NATO-ya daxil olması praktiki olaraq mümkün deyil”, – deyib.
Tramp həmçinin Putinlə mümkün görüşü ilə bağlı proqnoz verib və görüşün “yəqin ki, Səudiyyə Ərəbistanında baş tutacağını”, – deyib.