Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:48 | 13 fevral 2025 | Cümə axşamı
Məqaləyə 310 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İlon Mask trilyonlarla dolları azaltmaq üçün apardığı mübarizə zamanı onun kosmik şirkəti “SpaceX”in federal maliyyələşdirmədə hələ də ABŞ hökumətindən milyonlarla dollarlıq müqavilələr imzaladığı ortaya çıxdıqdan sonra şirkət və sahibi kəskin tənqidlərə tuş gəlib.
“Təhsil Departamenti, USAİD və digər agentliklərdəki bütün müqavilələr məhv ediləndə kimin hələ də yeni hökumət müqavilələri alacağına heç vaxt inanmayacaqsınız”, – deyə vəkil və tədqiqatçı Uill Stankil “X”də yazdı.
Stanlil “Space Exploration Technologies Corp” şirkətinin (SpaceX) 39 milyon dollar dəyərində NASA müqaviləsi aldığını təsdiqləyən skrinşot paylaşıb.
“Əgər xərçənglə bağlı araşdırma apara bilməsək, o, kosmik gəmilərlə oynaya bilməz” deyə başqa bir istifadəçi paylaşıma şərh yazıb. “Tesla” və “SpaceX” ilə hökumət müqavilələrinin kəsilməsinin masada və ya müzakirə olunmadığını görmüsünüzmü? Elon Mask sizin dostunuz deyil”, – başqa bir istifadəçinin şərhində yazılıb.
Digər bir istifadəçi İlon Maskı tag edərək bu zarafatla, “Hey, İlon Mask, DOGE-nin araşdırması üçün bir az korrupsiya tapdım”, – yazlb.
Dünyanın ən zəngin adamı Maskın Oval kibinetdə jurnalistlərə israrla onun şirkətlərinin Pentaqon da daxil olmaqla, büdcə optimallaşdırılmasına başladığı qurumlarda heç bir maliyyə toqquşmasının olmadığını söyləməsi ilə baş verdi.
Musk jurnalistlərə “Fərdi müqaviləyə baxmaq lazımdır”, – deyib.
“Əvvəla, mən müqavilə bağlamıram. Bunu “SpaceX”dəki əməkdaşlar edir. Və sadəcə demək istəyirəm ki, əgər siz “SpaceX”ə verilən və vergi ödəyicisi üçün səmərəsiz bir müqavilə görsəniz, mənə bildirin, çünki onların hər biri vacibdir”.
Bu sözlər internetdə də müzakirələrə səbəb olub. “Bu, o qədər axmaq cavabdır ki, biz bunu cizgi filmlərində görə bilərik”, – “X” istifadəçisi yazıb. “Dostum, bu, maraqların toqquşmasının hərfi tərifidir” – deyə başqa biri əlavə edib.
Demokratik konqresmen İlhan Ömər də Maskın ekspromt mətbuat konfransının videosuna cavab verib. “Açıq deyim ki, o, xərçəng araşdırması müqavilələrinin ləğv edilməsini istəyir, lakin deyir ki, onun şirkəti “SpaceX” ilə tədqiqat aparmaq üçün müqavilələri saxlayaq. Gördüyüm tək şey, özünü altruist kimi göstərən və Amerika xalqını soymağa çalışan acgöz milyarderdir”.