“Ölkəni pafoslu sözlərlə qorumurlar”
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
13:41 | 15 fevral 2025 | Şənbə
Məqaləyə 351 dəfə baxılıb
Şriftin ölçüsü
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İranın iddiası təkzib olundu
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ prezidenti Donald Trampın tələb etdiyi nadir torpaq sazişini imzalamadığı bildirilir.
“Reuters” yazır ki, dünən (14 fevral cümə günü) Almaniyanın Münhen şəhərində keçirilən danışıqlarda ABŞ-ın vitse-prezidenti Ceyms Vensin başçılıq etdiyi nümayəndə heyəti ilə Zelenskinin rəhbərlik etdiyi Ukrayna komandası bir araya gəlib, lakin razılaşma ilə bağlı heç bir irəliləyiş əldə olunmayıb.
Tramp fevralın 3-də verdiyi açıqlamada Ukraynaya etdikləri yardım müqabilində 500 milyard dollar dəyərində nadir torpaq elementləri istədiklərini və Zelenskinin bunu qəbul etdiyini bildirib.
Bununla belə, Amerikanın “Washington Post” qəzetinin müxbiri Coş Roqin “X” səhifəsində yazıb ki, Zelenski ona təqdim olunan saziş layihəsini “nəzakətlə rədd edib”.
Kimlikləri açıqlanmayan mənbələrdən əldə edilən məlumatları paylaşan Rogin həmçinin bildirir ki, ABŞ-ın təklif etdiyi razılaşma gələcəkdə Ukraynada hasil olunacaq bütün faydalı qazıntı ehtiyatlarının 50 faizinin hüquqlarını tələb edir.
Ukrayna rəsmiləri “Reuters” agentliyinə bildiriblər ki, ABŞ-ın maliyyə naziri Skott Bessent Kiyevə qarşı “birtərəfli” saziş tətbiq edib. Mənbələrdən birinin açıqlamasında, “Zelenski hiss edirdi ki, ondan oxumaq imkanı olmayan müqavilə imzalamağı tələb edirlər. Düşünürəm ki, o, “ya götür, ya da burax” yanaşmasını bəyənmədi”, – deyilir.
Rəsmilər deyirlər ki, Ukrayna ABŞ-a daha bir saziş layihəsi təqdim edib və təfərrüatları üzərində iş gedir. Hesabatda Kiyevin razılaşmadan əvvəl ABŞ və Avropa ölkələrindən daha çox təhlükəsizlik zəmanəti almağa çalışdığı bildirilir.
Zelenski keçən həftə “Reuters” agentliyinə deyib ki, onlar mədən sazişinə hazırdırlar, lakin nadir torpaq ehtiyatlarının təxminən yarısı Rusiyanın işğal etdiyi ərazilərdədir.
“Forbes”in təqdim etdiyi məlumatlara görə, Ukraynanın ümumi dəyəri 7 milyard dollar olan faydalı qazıntı yataqları Rusiyanın işğal etdiyi ərazilərdə yerləşir.