Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
20:47 | 16 fevral 2025 | Bazar
Məqaləyə 405 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin ixracatı Süni intellekt tələbi ilə sürətlə artır
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Pekin “Böyük İpək Yolu”nun Mərkəzi Asiyadan keçən hissəsinə tam nəzarət etmək istəyir
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Çin xarici işlər nazirinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı diqqətəlayiqdir.
Nazir Van İ (Wang Yi) ölkəsinin mövqeyini ümumiləşdirərkən aşağıdakı mühüm məqamları qeyd etdi:
– Çin Avropaya rəqib kimi yox, tərəfdaş kimi baxır;
– Müharibə Avropada gedir və Avropa Birliyi (AB) Ukrayna sülh prosesində vacib rol oynamalıdır;
– Ukrayna məsələsi 4 prinsip – hər iki ölkənin ərazi bütövlüyü və suverenliyi; BMT Nizamnaməsinin prinsip və qaydalarına əməl olunması; hər iki tərəfin maraqlarının nəzərə alınması; sülhə aparacaq bütün vasitələrdən istifadə – əsasında həll olunmalıdır.
Əlbəttə ki, Çinin mövqeyinə hazırda beynəlxalq münasibətlərə (o cümlədən beynəlxalq iqtisadi əlaqələrə) yeni oyun qaydaları gətirməyə çalışan Tramp reallığı nöqteyi-nəzərindən yanaşmaq lazımdır. Çin gözlənilən fırtınadan (ticarət savaşı) özünü qorumağa və ehtiyac halında qarşı tərəfə əks zərbə endirməyə hazırlaşır.
Pekində aydın dərk edirlər ki, Trampın ənənəvi ittifaqlara, çoxtərəfli tərəfdaşlıqlara soyuq baxması, NATO-nun 5-ci maddəsinə bağlı qalacağına və bu çərçivədə Avropanı qoruyacağına olan şübhələr, Çinlə birlikdə Avropaya da rüsumlar vasitəsilə zərbə endirmək niyyəti, vitse-prezident Vens və müdafiə naziri Heqsetin avropalılara qarşı sərgilədikləri təkəbbür, dikbaşlıq, lovğalıq və Avropa radikal sağına ABŞ-dan verilən açıq dəstəyin Avropa müəssəs-nizamında yaratdığı ciddi narahatlıqlar Avropa İttifaqını istər-istəməz Çinlə yaxınlaşmağa, ən azı onu ABŞ-ın anti-Çin strategiyasına dəstək verməməyə sövq edir. Belə bir anda Çinin vəzifəsi təbii ki, transatlantik ittifaqda əmələ gəlmiş bu çatı daha da dərinləşdirmək və iki tərəfi bir-birindən ayıran ideoloji fərqlilikləri körükləməyə çalışmaqdır. Qədim Çin müdrikliyi – “Savaş sənəti”, “36 Stratagem” kimi traktatlarda ifadə olunan taktikalar bu cür durumlarda yol göstəricidir. Gözlənilən qarşılıqlı rüsumlar nəticəsində ABŞ-la azalacağı ehtimal olunan ticarət həcmini tərəflər (Aİ və Çin) ötən il 786 milyard dollar təşkil etmiş ticarət dövriyyəsini daha da artıraraq qismən kompensasiya edə bilər. (Məsələn, Çin Almaniya avtomobil sənayesinin tənəzzülünə səbəb olan siyasətindən qismən geri addım atmaqla ona jest edə bilər və sair). Bu səbəbdən Çin AB-yə “rəqib yox, tərəfdaşıq” deyərək bərabər hərəkət etməyi təklif edir.
Nazirin Avropanın Ukrayna məsələsinin həlli prosesində yer almasının zəruriliyini vurğulaması da Çinin bu yanaşmasının tərkib hissəsidir. Bu, eyni zamanda Rusiyaya da bir mesajdır. Çünki Putin Ukrayna başda olmaqla, aktual beynəlxalq məsələləri Trampla ikitərəfli müstəvidə müzakirə və mümkün olarsa, həll etmək niyyətindədir. Putinin Avropa ilə bərabər Çinin də olmadığı masa qurmaq istəməsi Pekində məqbul qarşılana bilməz. Eyni zamanda Çin Avropanın nəzərinə çatdırır ki, ABŞ-ın təhlükəsizlik çətirini itirəcəyiniz şəraitdə Rusiyanın aqressiv təsirini balanslaşdırmaqla, sizi qoruyacaq gücə də sahibəm.
Tramp və komandasının BMT, beynəlxalq hüquq anlayışlarını ağızlarına almayıb meşə qanunlarına üstünlük verdikləri bir dövrdə Çinin antitez kimi ərazi bütövlüyü, suverenlik, BMT prinsiplərinin əhəmiyyətini vurğulaması da gözdən qaçmamalıdır. Çin hazırda xaos vəd edən ABŞ-dan fərqli olaraq, daha məsuliyyətli qlobal güc olduğunu, qayda və prinsiplərə əsaslanan beynəlxalq sistemin qorunub salxlanılmasına tərəfdar çıxdığını Avropaya və dünyaya göstərməklə yaranmış fürsətdən öz nüfuzunu genişləndirmək naminə yararlanmağa çalışır.
Yeni sərt reallıqlar Avropanı (AB + Britaniya) ekzistensial seçim qarşısında qoyur: ya strateji muxtariyyət və müstəqil güc mərkəzinə çevrilmək, o cümlədən “Qlobal Britaniya” konsepsiyası istiqamətində sözdən işə keçib real addımlar atmaq; ya da əriyib sıradan çıxmaq. Görünən odur ki, qoca qitə ingilislərlə bərabər hərəkət etməklə birinci yolu seçməyi düşünür. Aİ cari mərhələdə Ukrayna məsələsində mütləq şəkildə söz sahibi olmaq istəyir. Müharibədən sonrakı mərhələdə isə Aİ Ukraynanı mümkün olan ən qısa müddətdə öz içinə alaraq, onun hərbi gücünü də inteqrasiya etməklə, öz hərbi komponentini gücləndirməyə çalışacaq. Yeri gəlmişkən, bu vəzifəyə nail olmaq üçün Aİ-nin Türkiyəyə də ehtiyacı yaranacaq. Aİ-Türkiyə strateji tərəfdaşlığının hər sahədə dərinləşməsi hər iki tərəfin marağına uyğun perspektiv kimi görünür.