Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
20:27 | 17 fevral 2025 | Bazar ertəsi
Məqaləyə 274 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
“The New York Times” (NYT) yeni hesabatında bildirib ki, bu günlərdə Donald Tramp administrasiyasının rəsmiləri ilə görüşən Ukrayna prezidenti Vladimir Zelenski qiymətli mineral ehtiyatlarının yarısına nəzarəti ABŞ-a vermək təklifi alıb. Danışıqlardan xəbəri olan 5 nəfərə əsaslanan hesabatda Vaşinqtonun Ukraynanın neft və təbii qazı, həmçinin qrafit, litium və uran kimi minerallarda söz sahibi olmaq istədiyi bildirilir.
ABŞ-ın həm mədənlərdən, həm də yeni mədən lisenziyalarının satışından əldə etdiyi pulun yarısını almağı hədəflədiyi iddia edilir. Həmçinin iddia edilir ki, Vaşinqton bu mineralların alınmasında prioritet istəyir.
Ukrayna rəsmilərindən biri xatırladıb ki, 61-ci Münhen Təhlükəsizlik Konfransı (MSC 2025) üçün Almaniyaya gedən Zelenski ABŞ-ın vitse-prezidenti Ceyms Vens və ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb və Kiyevin məsələ ilə bağlı əks təklifini orada təqdim etmiş ola biləcəyini deyib.
NYT xəbərində məsələ ilə bağlı danışıqların gərginliklə davam etdiyi və Vaşinqtonla Kiyev arasında məsafənin getdikcə artdığını göstərdiyi bildirilib.
Ayın əvvəlində Ukraynaya göstərdikləri yardım müqabilində 500 milyard dollar dəyərində nadir torpaq elementləri istədiklərini bildirən Donald Tramp Kiyevin də bunu qəbul etdiyini iddia edir, lakin Vladimir Zelenski ABŞ prezidentini təkzib edir.
Zelenski Vaşinqtonun məsələ ilə bağlı razılaşma təklifini rədd etdiklərini və bunun ABŞ-ın maraqlarına həddən artıq diqqət yetirildiyini bildirib.
Zelenski şənbə günü Münhendə “Associated Press”ə (AP), "Mən nazirlərə sazişi imzalamağa icazə vermədim, çünki mənim fikrimcə, bu, bizi və maraqlarımızı qorumaq üçün heç bir hazırlıq göstərmir", – deyib.
***
Anonimliyin saxlanması şərti ilə agentliyə danışan Ukrayna rəsmiləri bildiriblər ki, Birləşmiş Ştatlar sazişin müqabilində onlara təhlükəsizlik təmin etməkdən imtina edib.
Ukraynalılar vurğulayıblar ki, Vaşinqton bunu Co Bayden dövründə və gələcəkdə verilən yardım müqabilində istəyir.
Bugünlərdə Kiyevə gedən ABŞ Maliyyə Naziri Skott Bessentin Ukrayna hökumətinə təqdim etdiyi təkliflə bağlı keçmiş yüksək vəzifəli məmur, “Zelenski bu müstəmləkə sazişini imzalaya bilməz”, – deybi.
Amerika xəbər agentliyinə danışan Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayn Xyuz, ABŞ vergi ödəyicilərinin Ukraynaya verdiyi pulları “geri qaytarmaq” və Rusiya ilə münaqişədə olan ölkənin iqtisadiyyatını inkişaf etdirmək istədiklərini bildirib.
“Prezident Zelenski Tramp administrasiyasının Ukraynaya təqdim etdiyi gözəl fürsət haqqında uzaqgörənliklə yanaşır”, – deyən sözçü bu sözləri təklifin təfərrüatlarını təsdiqləmədən söyləyib.
Xyuz iddia etdi ki, ABŞ-ın Ukrayna ilə iqtisadi əlaqələrini yaxşılaşdırmaq davamlı sülhün ən yaxşı təminatı olacaq.
Zelenski keçən həftə “Reuters” agentliyinə deyib ki, onlar mədən sövdələşməsinə hazırdırlar, lakin nadir torpaq ehtiyatlarının təxminən yarısı Rusiyanın işğal etdiyi ərazilərdədir.
“Forbes”in verdiyi məlumata görə, Ukraynanın ümumi dəyəri 7 milyard dollar olan faydalı qazıntı yataqları Rusiyanın işğal etdiyi ərazilərdə yerləşir.
Aviasiya, müdafiə və nüvə məsələlərində əhəmiyyətli olan bu minerallar Çindən asılılığı azaltmaq baxımından da ABŞ üçün çox dəyərlidir.