vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
Ölü at nəzəriyyəsi 17:07 | 17 fevral 2025 | Bazar ertəsi Məqaləyə 339 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ölü at nəzəriyyəsi

Liderlər üçün sadə bir dərs

Qədim bir deyim var: “Əgər mindiyin atın öldüyünü başa düşmüsənsə, atılacaq ən doğru addım o atdan enməkdir.”

Məsələ burasındadır ki, faydasız hala düşmüş bir strategiyaya, layihəyə və ya sistemə əlavə resurs sərf etmək əvəzinə, ondan vaxtında imtina etməyi bacarmaq lazımdır. İnadla “ölü atı minməyə” çalışmaq işçilərin motivasiyasını azaldır, resursları boşa xərcləyir və yeniliklərin qarşısını alır.

Bir çox təşkilatlarda bu həqiqəti qəbul etmək əvəzinə, aşağıdakı qeyri-effektiv yanaşmalar tətbiq edilir:

  • Atı hərəkət etdirmək üçün daha sərt qamçıdan istifadə edilir.

  • Atın vəziyyətini araşdırmaq üçün bir komitə yaradılır.

  • İşçilərə “Ölü atları necə minmək olar” mövzusunda təlimlər keçirilir.

  • Atın adı “məhdud enerjili at” kimi daha müasir və trenddə olan bir adla əvəz edilir və s.


Liderlər necə hərəkət etməlidirlər?

    • Hansı layihələrin və strategiyaların artıq nəticə vermədiyini obyektiv şəkildə qiymətləndirin.

    • Vəziyyətə və real rəylərə əsaslanaraq qərarlar verin.

    • Uğursuzluq açıq-aşkar olduqda, “batmış xərclər sindromuna” (sunk cost fallacy) qapılmadan lazımsız layihələri dayandırın.

    • İşçiləri yeni ideyalar irəli sürməyə təşviq edin.

    • Səhvləri uğursuzluq kimi deyil, öyrənmə fürsəti kimi qəbul edin.

    • İşçiləri mənasız və nəticəsiz işlərə məcbur etməyin.

    • Onlara dəyərli və məqsədəuyğun tapşırıqlar verin ki, işlərinin faydalı olduğunu hiss etsinlər.

    • Faydasız layihələrə sərf olunan vaxt və maliyyəni daha perspektivli imkanlara yönəldin.

    • Təşkilat daxilində çevik yanaşmanı təşviq edin ki, köhnəlmiş proseslərdən əl çəkmək daha asan olsun.

Alıncaq əsas dərs budur:

Uğur həmişə “daha çox zəhmət çəkməklə, cəhd etməklə” əldə olunmur; bəzən “nə zaman vazkeçməli olduğunu bilmək” daha vacibdir. Zamanınızı, enerjinizi və istedadlarınızı həqiqətən dəyər yaradacaq və gələcəyi formalaşdıracaq sahələrə yönəldin. Uğursuz layihələri davam etdirmək əvəzinə, resurslarınızı daha perspektivli istiqamətlərə sərf edin.