Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:29 | 18 fevral 2025 | Çərşənbə axşamı
Məqaləyə 260 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Ukrayna prezidenti Vladimir Zelenski dünən Almaniya dövlət televiziyasında yayımlanan müsahibəsində şikayət edib ki, Rusiya ilə danışıqlara başlamaq istəyən Birləşmiş Ştatlar Putini razı salmaq istəyir və bununla da Avropanın müdafiəsini “zəifdir”.
“İş ondadır ki, Birləşmiş Ştatlar indi Putini çox sevindirəcək şeylər söyləyir”, – Zelenski şənbə günü Münhen konfransından sonra verdiyi müsahibədə deyib: “Düşünürəm ki, məsələ bundadır, çünki onlar Rusiyanı razı salmaq istəyirlər”.
Ukrayna prezidenti müsahibəsində xəbərdarlıq edib ki, ABŞ prezidenti Donald Trampın Kremlə qarşı barışdırıcı bəyanatları “tez uğur əldə etmək” məqsədi daşıyır: “Ancaq onların istədikləri sadəcə atəşkəsdir və bu, uğur deyil”.
Məlumata görə, yüksək səviyyəli Rusiya və ABŞ rəsmiləri bu gün Səudiyyə Ərəbistanında Moskva ilə Vaşinqton arasında gərginləşmiş münasibətləri bərpa etmək və Ukrayna danışıqları üçün rəsmi zəmin hazırlamaq məqsədi daşıyan danışıqlar üçün görüşlərə başlayıblar.
ABŞ rəsmiləri bu yaxınlarda Ukraynanın ərazilərinin Rusiyaya verilməsinin qaçılmaz olduğunu və Kiyevin NATO-ya üzvlüyünün real olmadığını iddia edirdilər.
Ukrayna prezidenti həmçinin son illərdə imkanlarını artırmasına baxmayaraq, Avropanın bu gün canlı qüvvə, donanma, HHM, hərbi hava qüvvələri və pilotsuz təyyarələr baxımından zəif olduğunu deyib.
Üç il əvvəl Rusiyanın işğalından sonra Ukrayna müdafiə qabiliyyətini artırsa da, Zelenski “Ukraynanın qələbəsi ABŞ-ın dəstəyi olmadan mütləq əldə edilməyəcək”, – deyib.
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, “kövrək atəşkəs Rusiya tərəfindən yeni müharibəyə hazırlaşmaq üçün növbəti hiylə olacaq və güclü və davamlı sülhə yalnız güclü təhlükəsizlik zəmanəti ilə nail olmaq olar.
“Bizim ümumi baxışımız var, təhlükəsizlik zəmanətləri güclü və etibarlı olmalıdır”, – Zelenski fransalı həmkarı Emmanuel Makronla danışıqlardan sonra deyib. Onun sözlərinə görə, bu cür zəmanətlər olmadan qəbul edilən istənilən qərar – məsələn, kövrək atəşkəs – Rusiyanın yeni aldatmalarından və Ukraynaya və ya digər Avropa ölkələrinə qarşı yeni Rusiya müharibəsinin başlamasından başqa bir şey olmayacaq. “Güclü və davamlı sülhün bərqərar olması zəruridir. Buna ancaq güclü təhlükəsizlik zəmanətləri ilə nail olmaq olar”, – deyə Zelenski bildirib.
Ötən həftə ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə zəng edərək Ukraynada müharibəyə son qoymaq üçün Moskva ilə danışıqlara başlayacağını bəyan etmişdi.