vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
DÜNYA  
İllər sonra bir masa arxasında 12:42 | 18 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 92 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İllər sonra bir masa arxasında

ABŞ və Rusiya nümayəndə heyətləri ikitərəfli münasibətləri və Ukraynanı müzakirə etmək üçün Ər-Riyadda bir araya gəlib

CAVİD

ABŞ və Rusiya nümayəndə heyətləri ikitərəfli münasibətləri normallaşdırmaq və Ukraynada müharibəyə son qoymaq məqsədilə danışıqlara başlayıb. Ötən həftə ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığından sonra hər iki ölkənin nümayəndə heyətləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir araya gəlib.

Danışıqlarda Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, Kremlin xarici siyasət müşaviri Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun prezidenti Kiril Dmitriyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff daxildir.

Bağlı qapılar arxasında keçirilən görüşün sonunda Rusiya nümayəndə heyətinin mətbuat konfransı keçirəcəyi gözlənilir.

***

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus Ər-Riyadda jurnalistlərə, “Bu, Putin və Prezident Tramp arasında ilk addımın mümkün olub-olmaması, hansı risklərin olması və bunun idarə oluna biləcəyi ilə bağlı ilkin söhbətin davamıdır”, – deyib.

Kreml bildirib ki, danışıqlar “Rusiya-Amerika münasibətlərinin bütün kompleksini” əhatə edəcək və Ukrayna üzrə mümkün razılaşmaya və iki prezident arasında görüşə hazırlıq olacaq.

Rusiya tərəfi həmçinin bildirib ki, Lavrov və Rubio 15 fevral şənbə günü telefon danışığı zamanı iki ölkə arasında ticarət və investisiya maneələrinin aradan qaldırılmasını müzakirə ediblər.

Danışıqlarda iştirak etməyən Ukrayna prezidenti Vladimir Zelenski, “Ər-Riyadda onun adına sülh sazişi bağlana bilməz”, – deyib.