vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 21 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
Maraqlar toqquşarsa? 09:17 | 19 fevral 2025 | Çərşənbə Məqaləyə 82 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maraqlar toqquşarsa?

İlon Mask: “Prezidentdən heç nə istəməmişəm ...”

CAVİD

ABŞ prezidenti Donald Tramp amerikalı milyarder iş adamı və baş məsləhətçi İlon Mask ilə “Fox News”da yayımlanan birgə müsahibədə iştirak edib.

Tramp buldirib ki, Mask federal hökumətdə ixtisarlar etmək, lüzumsuz xərcləri aradan qaldırmaq və agentliklərin xərc yüklərini azaltmaq üçün böyük iş görüb. Maskın çox ağıllı və yaradıcı bir düşüncə sahibi olduğunu açıqlayan Tramp, bu səbəbdən onunla çalışdığını və indiyə qədər federal qurumlarla görülən işlərdən məmnun olduğunu vurğulayıb.

Bir neçə şirkətə sahib olan və federal agentliklərdən bir çox müqavilələr qazanan Maskın işi hökumətin işi ilə ziddiyyət təşkil edərsə, necə davranacağını soruşduqda Tramp, “O zaman bu işə qarışmayacaq. Onsuz da bunu istəməzdi”, – cavabını verib.

Mask bu məsələlərdə diqqətli olmağa çalışdığını da ifadə edərək, “Prezidentdən heç nə istəməmişəm. Əgər belə bir vəziyyət (maraqlar toqquşması) olarsa, özümü (o işlərdən) geri çəkəcəyəm”, – deyib.

Maskı çox yaxşı insan və vətənpərvər olaraq xarakterizə edən Tramp, onun “Tesla”ya mənfi təsir göstərə biləcək “elektrikli avtomobil subsidiyalarını azaltma” qərarına baxmayaraq, amerikalı milyarderin heç şikayətçi olmadığını və bir yol tapacağını bildirib.

Amerika ictimaiyyətində “Tesla” və “SpaceX” kimi şirkətlərin sahibi olan Maskın bəzən federal agentliklərlə iş görməkdə maraq toqquşması yarada biləcəyi, eyni zamanda federal agentliklər üzərində nəzarət vəzifələrini yerinə yetirməsi ilə bağlı mübahisələr davam edir.

Tramp daha əvvəl bəzi açıqlamalarında Maskın belə bir vəziyyətə qarışmayacağını bildirmişdi və iş adamı ABŞ prezidentinin sözlərini təsdiqləmişdi.