Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:16 | 19 fevral 2025 | Çərşənbə
Məqaləyə 270 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp avtomobillərə, dərmanlara və çiplərə tətbiq olunacaq tarif dərəcəsinin yüzdə 25 civarında ola biləcəyini açıqlayıb.
Bir çox şirkətin onunla əlaqə saxladığını və tarif, vergi və təşviq siyasətləri səbəbiylə ABŞ-a qayıtmaq istədiklərini bildirən Tramp, ölkəyə dönəcək çip və avtomobil şirkətlərini yaxın bir neçə həftə ərzində açıqlayacaqlarını bildirib.
Avtomobillər üçün tarif dərəcəsinin nə olacağı ilə bağlı suala Tramp, yəqin ki, aprelin 2-də deyəcəyini deyib, lakin bunun yüzdə 25 civarında olacağını qeyd edib.
Tramp həmçinin yarımkeçiricilər və əczaçılıq məhsullarına da tariflərin 25 faiz və ya daha yüksək olacağını deyib və bunların il ərzində əhəmiyyətli dərəcədə artacağını bildirib.
Tramp isə bu şirkətlərə ölkəyə qayıtmaq üçün vaxt vermək istədiklərini ifadə edərək, “Çünki ABŞ-a gəldikdə və burada onların obyektləri və ya fabrikləri olduqda heç bir tarif yoxdur. Ona görə də onlara bir az şans vermək istəyirik”, – deyib.
Tramp Avropa Birliyinin avtomobil tariflərini ABŞ-ın tətbiq etdiyi səviyyəyə endirdiyini və əhəmiyyətli qənaət etdiklərini bildirib.
“Şevron” və digər enerji şirkətləri vasitəsilə Venesuelaya neft məhsulları ixrac etməyə davam etməyi düşünməsi ilə bağlı suala Tramp, “Bəlkə yox, biz buna baxırıq”, – belə cavabını verib.
***
Ağ Evin “Amerikalı milyarder İlon Maskın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) əməkdaşı deyil və hökumət qərarlarında heç bir səlahiyyəti yoxdur” açıqlaması ilə bağlı suala Tramp, “Ona işçi, məsləhətçi deyə bilərsiniz, ona nə istəsəniz deyə bilərsiniz, amma o, vətənpərvərdir”, – deyib.
Tramp Maskın ABŞ Sosial Təhlükəsizlik İdarəsinin məlumat bazasından olduğunu iddia etdiyi cədvələ işarə edərək, 90-99 yaş arası 6 milyon 54 min insanın Sosial Müdafiə müavinətləri almasının mümkün olacağını bildirib.
Ancaq bu məlumatlara görə, “100 yaşdan yuxarı milyonlarla insanın Sosial Müdafiə müavinətləri alanlar olduğunu qeyd edən Tramp, “Görəsən, insanlar bütün bunlara görə maaş alırlarmı. Hazırda biz bunu yoxlayırıq”, – deyib.
“Təəssüf ki, bizim ölkəmiz çox korrupsionerdir, amma biz bunu indi düzəldirik. Əgər siz milyonlarla bu fırıldaqçı insanı Sosial Müdafiədən çıxarsanız, 200 deyil, 70, 80, 90 olan insanlarla çox güclü Sosial Təminatımız olacaq və bu, çox müsbət haldır”, – deyib.