Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:17 | 20 fevral 2025 | Cümə axşamı
Məqaləyə 334 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Prezidenti Donald Trampın Ukraynanı müharibəyə başlamaqda ittiham etməyi, həmkarı Vladimir Zelenskini “diktator” adlandırmağı və Avropanı qınamağı yalana söykənir.
“The Telegraph” xəbər verir ki, bunu amerikalı senator Berni Sanders deyib.
Senator ABŞ prezidentinin Rusiya lideri Vladimir Putinlə müttəfiq olmasını “Amerika tarixində son dərəcə kədərli an” adlandırıb: “Tramp bizə göstərir ki, o, dünyanın ən qəddar diktatorlarından birini dost, Avropada köhnə müttəfiqlərimizi isə düşmən hesab edir. O, avtoritar rejimlər və oliqarxlar üçün təhlükəsiz, demokratiyalar üçün çox təhlükəli bir dünya istəyir”.
Həmçinin Sanders, “Tramp Ukraynanın müharibəyə başladığını söyləyir, bu, doğru deyil. Rusiya Ukraynaya iki dəfə təcavüz edib – 2014 və 2022-ci illərdə. Rusiya Ukrayna ərazisinin demək olar ki, 20 faizini işğal edib. Putinin dəhşətli işğalından sonra bir milyondan çox insan həlak olub və ya yaralanıb”, – deyib.
Sanders Trampın Zelenskini “diktator” adlandırmasına da reaksiya verib: “Bu da doğru deyil. Zelenski azad seçkilərdə səslərin 75 faizini toplayıb. Əslində, onun reytinqi Trampdan da yüksəkdir”.
Sandersin fikrincə, Trampın başqa bir yalanı onun avropalı müttəfiqlərinin Ukraynanı kifayət qədər dəstəkləmədiyi iddiasıdır.
Senatorun sözlərinə görə, məsələ təkcə Trampın yalan danışması ilə bağlı yox, həm də onun Amerikanı hara aparması ilə bağlıdır: “Tramp Putinə yaxınlaşır. Putin Soyuq Müharibə başa çatdıqdan sonra Rusiyada demokratiya hərəkatını əzmiş diktatordur. Rusiyada hər 6 ildən bir saxta seçkilər keçirilir və bu seçkilərdə Putin guya səslərin 90 faizini alır”.
O xatırladıb ki, Putin mütləq hakimiyyəti əlində saxlayaraq, oliqarxlarına öz xalqından istədikləri qədər oğurlamağa imkan verib: “Bu, Trampın heyran olduğu Rusiya lideridir. Bu, onun dəstəklədiyi Rusiya oliqarxiyasıdır. Bu, Amerika xalqının nöqteyi-nəzəri deyil”.