Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
08:18 | 22 fevral 2025 | Şənbə
Məqaləyə 320 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp bu gün bəyan edib ki, o, general Çarlz Q. Braunu Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsindən kənarlaşdıracaq və Birləşmiş Qərargah Rəisləri Komitəsinin yeni sədr təyin ediləcək. Xəbərlərə görə, ABŞ hərbi rəhbərliyində misli görünməmiş dəyişikliklə digər beş yüksək vəzifəyə təcili əvəzləmələr edəcək.
ABŞ prezidenti Tramp “Truth Social” hesabında verdiyi açıqlamada Brauna xidmətinə görə təşəkkür edib.
Tramp “Twitter” səhifəsində “General Brauna ölkəmizə 40+ illik xidmətinə, o cümlədən Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri kimi hazırkı roluna görə təşəkkür edirəm. O, centlmen və görkəmli liderdir və ona və ailəsinə parlaq gələcək arzulayıram”, – sözlərini yazıb.
Braun ABŞ tarixində Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsini icra edən ikinci qaradərili amerikalı general kimi qeydə alınıb.
Yeni Baş Qərargah rəisi vəzifəsinə təqaüddə olan Hərbi Hava Qüvvələri general-leytenantı Den “Razin” Keyni irəli sürdüyünü açıqlayan Tramp Keynin xüsusilə İŞİD-lə mübarizədəki uğurlarına diqqət çəkib.
Keyn son olaraq Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) hərbi məsələlər üzrə direktor müavini vəzifəsində çalışıb.
Digər tərəfdən, ABŞ Müdafiə Naziri Pit Heqset, verdiyi açıqlamada Brauna təşəkkür etdi və Dəniz Əməliyyatları rəisi admiral Liza Françetti və Hərbi Hava Qüvvələrinin ikinci komandanı general Cim Slifenin də vəzifədən alındığını açıqladı.
Qərar təkcə Trampın “Birinci Amerika” xarici siyasəti çərçivəsində ABŞ hərbi qüvvələrinin yerləşdirilməsini dəyişməyəcək, həm də dövlət qulluqçularını ixtisar etməyə və köklü büdcə islahatları aparmağa hazırlaşan ABŞ Müdafiə Nazirliyində qarışıqlıq yaradacaq.