Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:51 | 23 fevral 2025 | Bazar
Məqaləyə 391 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Rusiya-Ukrayna müharibəsi barədə danışdığını və müharibənin bitməli olduğunu bildirib. Paytaxt Vaşinqtonda keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) 2025-ci il tədbirində Tramp respublikaçı seçiciləri son bir aydakı fəaliyyəti ilə bağlı məlumatlandırıb.
Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatması lazım olduğunu vurğulayan Tramp, “Prezident Putinlə danışdım və düşünürəm ki, bunun bitməsi lazımdır, bitməlidir”, – deyib.
Çıxışında ABŞ-ın 3 ilə yaxındır davam edən müharibədə Ukraynaya 350 milyard dollar xərclədiyini bildirən Tramp, “Çünki axmaq və bacarıqsız bir prezident və idarəçilik var idi”, – deyərək ABŞ-ın keçmiş prezidenti Co Baydenə işarə edib.
Tramp Ukrayna ilə razılaşmaya “çox yaxın” olduqlarını və indiyə qədər baş verənlərin “dəhşətli vəziyyət” olduğunu bildirib və ABŞ-ın Kiyev administrasiyasından tələblərini sadalayıb: “Biz qiymətli mineralları, nefti, əldə edə biləcəyimiz hər şeyi istəyirik”.
Trampın çıxışı vitse-prezident Ceyms Vens, baş prokuror Pam Bondi, sərhəd xidmətindən Tom Homan, milli təhlükəsizlik müşaviri Mayk Valts və bir çox yüksək səviyyəli yerli və xarici qonaqların iştirakı ilə keçirilib.
***
Prezident Donald Tramp Macarıstan, İngiltərə, Yaponiya və Cənubi Koreya kimi ölkələrdən beynəlxalq nümayəndə heyətlərinin qatıldığı CPAC konfransında ikinci dövrünün ilk ayında verdiyi qərarları müdafiə edərək, eyni zamanda bəzi ABŞ mediasını adları ilə tənqid edib.
Tramp saxta xəbərlər hazırlamaqda günahlandırdığı “MSNBC”ni “demokratiya üçün təhdid”, CNN-i “zavallı” adlandırıb və daha heç kimin “New York Times” və “The Washington Post” qəzetlərini oxumadığını iddia edib.
Söz mövzusu media qurumlarını saxta xəbərlər hazırlamaqda günahlandıran Tramp, “Onlar həqiqətən özlərinə inamı itiriblər. Demokratiya üçün təhlükə olan bu “MSNBC”yə baxıram. Əslində buz kimi soyuqdurlar, kəkələyirlər. Hamısı zehni olaraq məhv olublar. Reytinqlərinin necə aşağı düşdüyünü bilmirlər”, – deyib.
ABŞ prezidenti ABŞ-ın xarici yardımlarını koordinasiya edən USAİD qurumunun “sol təmayüllü fırıldaqçılar” tərəfindən idarə edildiyini və onların bu qurumu bağladıqlarını və binasının Gömrük və Sərhəd Müfəttişliyinə verildiyini bildirib.
Tramp həmçinin müəyyən qərarlar qəbul etdiyinə görə çoxlu tənqidlərə məruz qaldığını, transseksualların qadınlarla idman tədbirlərində iştirak etməsinin “xoş olmadığını” deyib.
ABŞ prezidenti Tramp 2016-cı ildən bəri hər il qatıldığı CPAC konfransındakı çıxışında keçmiş prezident Co Baydeni hədəfə alaraq, ona son seçkilərdə Demokratik rəqibləri üzərində böyük üstünlüyə malik olduğunu xatırladıb.