
200 milyardlıq 160 təyyarə
“Boeing”in tarixindəki ən böyük sövdələşmə
“Boeing”in tarixindəki ən böyük sövdələşmə
ABŞ NATO iclasında Avropa və Kanadadan planlaşdırmanı eşitmək istəyir
Tramp: “Pekini məcbur edəcəyik”
ABŞ prezidenti körfəz ölkələrinin sərmayəsinə göz dikib
“Dünən Ərdoğan, bu gün digər hörmətli dostları eyni tələblə çıxış etdi”
Tarixin ən böyük müdafiə müqaviləsi imzalanıb
Trampdan Türkiyə səfəri ilə bağlı yeni açıqlama
Zaxarova: “Ukrayna ordusuna nəfəs vermək üçün atəşkəs istəyirlər”
ABŞ prezidenti xüsusi ədviyyatlı Səudiyyə qəhvəsini içməkdən imtina edib
Qətərin Trampa bağışladığı 400 milyon dollarlıq “Boeing” təhlükəsizlik böhranına səbəb olub
Almaniyanın Ukraynaya verdiyi silahlarla bağlı qərar
Pentaqon “Chinook” helikopterlərinin və “F-16” hissələrinin satışını təsdiqlədi
ABŞ prezidenti səhər saatlarında Ər-Riyada gəlib
Görüşü Türkiyədə olmasını istəyən Rusiya bununla Çinin böyüməsini buxovlamağı düçünür
Tramp: “Suriyaya qarşı sanksiyaları ləğv etməyi düşünürük”
Meksika hökuməti “Google” şirkətini məhkəməyə verir
Ukrayna müharibəsi sabah dördüncü ilinə qədəm qoyur. ABŞ Rusiya ilə birbaşa danışıqlara girdiyi üçün yaxın günlərdə Ukrayna böhranında kritik hadisələr baş verə bilər.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında dünya tarazlığını pozan bal ayı başlamasının ardından Rusiya ilə mübarizəni davam etdirən Ukraynanın gələcəyi üçün çətin həftə başlayır.
ABŞ prezidenti Tramp həmçinin Ukrayna münaqişəsinin kritik dönüş nöqtəsinə çatdığını bəyan edib və Ukrayna lideri Vladimir Zelenskini təcili hərəkətə keçməyə və 500 milyard dollarlıq nadir torpaq sazişini mümkün qədər tez imzalamağa çağırıb. Bu gün ABŞ-la müqavilə imzalamağa hazırlaşan Zelenski, “Ukrayna administrasiyasındakı komandamız müqaviləni imzalanmağa hazırlamaq üçün bütün sürəti ilə işləyir. Zamanın bizim əleyhimizə işlədiyinin fərqindəyik. Ümid edirəm ki, mənim ABŞ-la imzalayacağım saziş təkcə tərəflərin iqtisadi maraqlarını deyil, həm də Ukraynanın təhlükəsizliyini nəzərə alacaq”.
***
Son günlər davamlı olaraq Putinə güzəştə gedən Tramp ötən gün bir qədər balanslı danışaraq Putinlə Zelenskini eyni miqyasda qoyaraq diqqət çəkib. Ötən gün “Ukrayna münaqişəsinə son qoymaq üçün Zelenskinin danışıqlarda iştirakına ehtiyac yoxdur” deyən Tramp dünən tonus aşağı salalaraq, “Məncə, Ukraynada ilk mərhələdə atəşkəsə nail olmaq üçün Zelenski ilə Putinin görüşü lazımdır. Birlikdə atəşkəs protokolu imzalamalıdırlar”, – sözləri diqqət çəkib.
***
Tramp Avropaya rəğmən Ukrayna böhranını sona çatdırmağa çalışarkən, sabah Fransa prezidenti Emmanuel Makron və İngiltərə baş naziri Keir Starmer Vaşinqtona gedərək Trampla görüşəcək. Bu arada ABŞ-ın Ukrayna və Avropa Birliyinin sabah, həm də müharibənin 3-cü ildönümü olan BMT Baş Assambleyasına təqdim edəcəyi bəyannamədə tərəf olmayacağı açıqlanıb. Üç il əvvəl Rusiyanı “müharibəyə başlayan tərəf” kimi qələmə verməkdən yayınan ABŞ qanun layihəsinə düzəliş təklif etdi və “Bu gün vacib olan müharibəni bitirməkdir” cümləsini əlavə etdi. Rusiya tərəfi həmin qanun layihəsinə “Ukrayna müharibəsinə səbəb olan ilkin səbəblər aradan qaldırılmalıdır” cümləsini əlavə edib.
***
Tramp administrasiyası bir tərəfdən Zelenskinin özünü “itaətkar” aparmasını istəsə də, digər tərəfdən ona dəyənək göstərməyi də unutmur. “Reuters” agentliyi Vaşinqtondakı təhlükəsizlik mənbələrinə istinadən xəbər verir ki, İlon Maskın “Starlink” kommunikasiya şirkəti Ukrayna cəbhəsini internetsiz qoymağa hazırlaşır. Pilotsuz Uçuş Aparatları (PUA) müharibədə çox istifadə edildiyi üçün Maskın “Starlink”i pozması Ukrayna ordusunun gözlərini kor edə bilər.