Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:44 | 26 fevral 2025 | Çərşənbə
Məqaləyə 445 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp anonim mənbələrdən istifadə edən media qurumlarını və yazıçıları məhkəməyə verəcəyi ilə hədələyib. Tramp “Truth Social” hesabında verdiyi açıqlamada bildirib ki, son vaxtlar anonim və ya qeyddən kənar sitatlar olan saxta kitablar və hekayələr ortaya çıxıb.
Sözügedən məzmun sahiblərinin uydurma, böhtan xarakterli uydurma və açıq-aşkar fırıldaqçılıöa görə ağır bədəl ödəməli olduğunu vurğulayan Tramp, “Bu anonim mənbələrin olub-olmadığını öyrənmək üçün nə vaxtsa bu fırıldaqçı müəlliflərdən və kitab nəşriyyatlarından bəzilərini, hətta ümumiyyətlə medianı məhkəməyə verəcəyəm”, – deyib.
Tramp qeyd edib ki, bu nəşrlərlə mübarizə çərçivəsində hüquqi tənzimləmələr də edilə bilər.
Digər tərəfdən, amerikalı radio aparıcısı Mark Levinin son iki verilişini inanılmaz hesab edən Tramp xalqa radionu dinləməyi tövsiyə edib: “Düşünürəm ki, Levinin sözlərini və hikmətini şərəfləndirmək üçün gözəl bir muzey açmalı olacağıq”.
“Wall Street Journal” da Trampın hədəfindədir
Tramp “Truth Social”da başqa bir paylaşımında ABŞ-da yerləşən Wall Street Journal-ı (WSJ) hədəf alaraq, “Mən “WSJ” Redaksiya Heyətini başa düşmürəm. Onlar heç gözləmədiyim anda mənə kömək edirlər, bəzən çox güclüdürlər və bunu çox qiymətləndirirəm, bu, çox şey deməkdir! Amma sonra məsələn, avtomobil sənayesi ilə bağlı tariflər sərəncamı Miçiqan ştatında sektora zərər vuracağı barədə çıxan bugünkü məqalə kimi mənasız şeylərlə də gündəmə gəlirlər”, – deyib.
WSJ hesabatında yanlış şərhlər olduğuna diqqət çəkən Tramp, tariflərin Miçiqanda böyük miqdarda avtomobil istehsalı ilə nəticələnəcəyini iddia edib.
Prezident seçkilərində Miçiqan ştatını “asanlıqla” qazandığını qeyd edən Tramp, tariflərin başqa ölkələrdə yeni avtomobil zavodlarının açılmasına mane olduğunu və bunun ABŞ və Miçiqan üçün böyük qələbə olduğunu bildirib. “Amerika sənayesi inkişaf edəcək və biz Amerikanı yenidən böyük edəcəyik”, – deyə Tramp bildirib.
WSJ öz hesabatında dövlət siyasəti və bazar təhlili sahələrində konsaltinq və tədqiqat xidmətləri göstərən “Anderson Economics Group”un Trampın Kanada və Meksikaya planlaşdırdığı tariflərin ABŞ-da avtomobil istehsalı xərclərini artıracağına dair təhlilinə diqqət çəkib.