Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:10 | 2 mart 2025 | Bazar
Məqaləyə 260 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında Oval kabinetdə debat qitələr arasında gərginliyə səbəb olub. Avropa liderləri Zelenskinin arxasında düzülüb. İki lider arasında diplomatik ənənələri alt-üst edən söz savaşı ABŞ və Avropa arasında uçurumun dərinləşməsinə səbəb olub. Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın “Azad dünyanın yeni liderə ehtiyacı var” deməsi iki düşərgə arasındakı gərginliyin nə dərəcədə olduğunu göstərir. Transatlantik münasibətlərin düzəlməz fəlakətə doğru getməsi ilə bağlı narahatlıqlar güclənir. Avropa Birliyi Zelenskinin arxasında dayansa da, yeni Amerika administrasiyasına qarşı hələ konkret strategiya hazırlaya bilməyib.
***
Anti-Rusiya mövqeyi ilə tanınan Kallas, “Bu gün aydın oldu ki, azad dünyanın yeni liderə ehtiyacı var. Bu çətinliyin öhdəsindən gəlmək biz avropalıların öhdəmizdədir”, – açıqlaması ən diqqətçəkən bəyanat idi. AB Şurasının sədri Antonio Kosta və AB Komissiyasının sədri Ursula von der Leyenin birgə mesajı da AB-nin ABŞ ilə Ukrayna ilə bağlı fikir ayrılığını ortaya qoyur: “Sizin ləyaqətiniz Ukrayna xalqının cəsarətini şərəfləndirir. Güclü, cəsur və qorxmaz olun. Prezident Zelenski, siz heç vaxt tək deyilsiniz”. Eyni xətti AB-yə sədrlik edən Polşanın baş naziri Donald Tusk da tutub.
***
Fransa və Almaniyanın reaksiyalarında ABŞ-ın Rusiyanı dəstəklədiyi qənaətini yaradan yanaşmanın tənqidi ön planda olub. “Düşünürəm ki, biz hamımız vəziyyətdən xəbərdarıq. Orada təcavüzkar, yəni Rusiya, hücuma məruz qalan xalq da var, Ukraynadır”, – deyə Fransa Prezidenti Emmanuel Makron bildirib.
Almaniyanın gələcək kansleri olacağı gözlənilən Fridrix Merz deyib: “Bu dəhşətli müharibədə biz heç vaxt təcavüzkarı qurbanla qarışdırmamalıyıq”. Almaniya kansleri Olaf Şolz Ukraynanın Almaniya və Avropaya arxalana biləcəyini vurğulayıb. AB liderləri arasında Trampa dəstək təkcə Macarıstanın baş naziri Viktor Orbandan gəlib. “Güclü adamlar barışır, zəiflər döyüşür”.
***
Böyük Britaniyanın baş naziri Key Starmerin təşəbbüsü ilə bu gün Londonda Ukrayna üzrə sammit keçiriləcək. AB liderləri martın 6-da Ukrayna və Avropanın müdafiəsinə həsr olunmuş xüsusi sammitdə görüşəcəklər. İtaliyanın baş naziri Giorgia Meloni də təcili sammitin keçirilməsinə çağırıb.
***
AB Ukraynanın arxasında dayansa belə, ABŞ dəstəyini geri götürsə, Kiyevin müharibəni nə vaxta qədər davam etdirə biləcəyi bəlli deyil. Aydın strategiyanın olmaması və fikir ayrılıqları AB-nin əlini zəiflədir. Vaşinqtondakı debat İkinci Dünya müharibəsindən sonra ABŞ və Avropa arasında ən əhəmiyyətli fikir ayrılıqlarından biridir. Brüsseldə “Biz oyanıb həqiqəti dərk etməliyik” kimi şərhlər adi hala çevrilib. Trampın müttəfiqlikləri bir kənara atıb və prinsiplərə məhəl qoymaması da NATO üçün risk kimi qiymətləndirilir.
***
Böyük Britaniyanın baş naziri Key Starmer Ukrayna ilə bağlı bugünkü sammitdən əvvəl Zelenski ilə görüşüb. Baş nazirin Londondakı Dauninq küçəsində yerləşən rəsmi iqamətgahında baş tutan görüşdən əvvəl Starmer Ukrayna liderini çox səmimi qarşılayıb. Böyük Britaniyanın baş naziri görüş başlamazdan əvvəl jurnalistlərə “Biz Ukraynanın yanındayıq” deyib.
Ötən gün Oval kabinetdə Trampın sözünü kəsərək Zelenskini danlaması bütün dünyada əsas gündəm məsələsinə çevrilib.