“Ölkəni pafoslu sözlərlə qorumurlar”
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
11:11 | 2 mart 2025 | Bazar
Məqaləyə 316 dəfə baxılıb
Şriftin ölçüsü
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İranın iddiası təkzib olundu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ağ Evdə mübahisə edən Tramp və Zelenskinin təkbətək görüşün daha yaxşı olacağını deyən Fransa prezidenti Makron amerikalıların taleyinin ukraynalıların tərəfində olmaqdan ibarət olduğunu bildirib və Ukraynaya təhlükəsizlik zəmanəti verilmədən atəşkəs imzalanacağı təqdirdə ABŞ-ın “Rusiyaya qarşı “geostrateji imkanlarını” və Kremlin qarşısını almaq imkanlarını itirəcəyini bildirib.
Yerli qəzetlərə müsahibə verən Makron Ukrayna ilə bağlı son hadisələri dəyərləndirib.
Ağ Evdə mübahisə edən Tramp və Zelenskini sakit və təmkinli olmağa çağıran Makron, “İrəli getmək və insanlar arasında anlaşılmazlıqları aradan qaldırmaq üçün şahidlər qarşısında deyil, strateji və özəl görüş keçirmək daha yaxşıdır”, – deyib.
Makron amerikalıların taleyinin ukraynalıların yanında olmaqdan ibarət olduğunu və Vaşinqtonun Ukraynadan əlini çəkməsinin ABŞ-ın marağında olmayacağını bildirib.
Fransa prezidenti iddia edib ki, Ukrayna üçün təhlükəsizlik zəmanəti olmadan atəşkəs imzalanarsa, ABŞ Rusiya və Çinə qarşı “geostrateji çəkindirici” qabiliyyətini itirəcək.
Rusiya prezidenti Vladimir Putin dayandırılmazsa, növbəti addımının Moldova və ya Rumıniyaya qədər gedəcəyini söyləyən Makron, “Hamımız sülhə nail olmaqda razıyıq, lakin Ukraynanı tək qoymaqla ədalətli və qalıcı sülh əldə edilə bilməz, – deyib.
Avropanın əhəmiyyətli sərmayələrlə müdafiə sahəsində oyanış yaşaması arzusunu vurğulayan Makron, “Sərhədlərimizdə yüksək silahlı və təcavüzkar Rusiya var, hansı ki, Avropada terror aktları törədir və geniş miqyaslı dezinformasiya kampaniyaları aparır”, – deyib.
Düşmən yanlış seçməməyi təklif edən Makron, “Təhlükəsizliyimiz təhlükə altındadır”, – deyib.
***
Oval kabinetdə ABŞ prezidenti Trampla Ukrayna prezidenti Zelenski arasında mübahisə nəticəsində öncədən planlaşdırılan birgə mətbuat konfransı ləğv edilib və Zelenski Ağ Evi tərk edib.
Debat zamanı Tramp Ukrayna liderinin mövqeyini tənqid edib, Zelenski isə ölkəsinə dəstək gözlədiyini bildirib.
Müzakirələrdən sonra imzalanacağı elan edilən nadir torpaq elementləri sazişi də imzalanmayıb.
Oval kabinetdəki qızğın müzakirələrdən sonra prezident Tramp “Truth Social” hesabında verdiyi açıqlamada Zelenskinin hələ sülhə hazır olmadığını müdafiə etdi.
Zelenski isə “Fox News”da Trampdan üzr istəyəcəyi ilə bağlı sualı cavablandıraraq, üzr istəməyi tələb edəcək heç bir yanlış addım atmadığını deyib.