Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
22:16 | 6 mart 2025 | Cümə axşamı
Məqaləyə 490 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
ABŞ dövlət katibi Marko Rubio deyib ki, 3 ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi əslində ABŞ və Rusiya arasında proksi müharibədir. “Fox News”da canlı yayıma çlxan Rubio alnına çəkdiyi xaç işarəsi ilə diqqət çəkib.
Rubio prezident Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək, Ukrayna və Avropanı cəlb etmədən Rusiya lideri Putinlə görüşmək səylərini qiymətləndirib.
Rubio ABŞ-da Respublikaçılara yaxın olan “Fox News” kanalında, “Aydındır ki, bu, nüvə gücləri arasında vəkil müharibədir. Bu müharibə bitməlidir. Amma heç kimin bunu bitirmək fikri və ya planı yoxdur”, – deyib.
Rubio, Ukraynanın və müttəfiqlərinin strategiyasının olmadığını, sadəcə olaraq “Ukraynaya lazım olanı nə qədər lazımdırsa, verməyə davam edək”, prinsipinə əməl etdiklərini bildirərək, Trampın əvvəldən bunu “uzun sürən dalan” kimi gördüyünü bildirib.
“Bu, hamıya açıqlandı və çox aydın oldu ki, prezidentin burada etməyə çalışdığı hər şey sülhə gedən yolun olub-olmadığını anlamaqdır. Biz hər iki tərəflə, həm ruslarla, həm də ukraynalılarla əlaqə saxlamalıyıq. Biz ukraynalılardan bunu təxribat etməmələrini xahiş etdik. Vitse-prezident bu cür məsələlərin həlli üçün diplomatiyaya ehtiyac olduğunu deyəndə, prezident Zelenski təəssüf ki, diplomatiyaya meydan oxumağa qərar verdi”.
Rubio həmçinin Zelenskinin mövqeyini yenidən nəzərdən keçirməsindən məmnun olduğunu bildirib və davam edib: “Həqiqətən inanıram ki, bu münaqişəyə son qoymağın yollarını tapmalıyıq. Bu, hər iki tərəfdən güzəştə getməli olacaq, lakin biz hər iki tərəfi masaya oturtmalıyıq. Ukraynalılar orada olmalıdırlar – əlbəttə ki, bu onların ölkəsidir və ruslar bu masada olmalıdır. Və bunu yalnız prezident Tramp mümkün edə bilər”.
***
Müxtəlif Qərb xristian kilsələrində Oruc ayının ilk günü olan kül çərşənbəsi bu il martın 5-nə təsadüf edib.
Katolik kilsəsində kül çərşənbəsində camaatların alnına kül xaçları çəkilir, bu zaman keşiş deyir: “Sən tozdan gəlmisən, tozun üstünə də qayıdacaqsan”. Bu küllər əvvəlki Palma bazarında (İsanın Yerusəlimə daxil olması bayramı) yandırılmış yarpaqların külləridir.