Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:21 | 10 mart 2025 | Bazar ertəsi
Məqaləyə 472 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp rüsumların iqtisadi artıma təsiri ilə bağlı “Fox News”a açıqlamalar verib. ABŞ prezidenti “Fox News”da yayımlanan “Bazar Səhəri Gələcəklər” proqramında ABŞ gündəmindəki son hadisələri dəyərləndirib. Tariflərə görə bu il tənəzzülün gözlənilmədiyini soruşduqda o, belə proqnozlara “nifrət etdiyini” söylədi. Tramp tənəzzül ehtimalı ilə bağlı proqnozlar verməkdən qaçdığını ifadə edərək, Amerikanın iqtisadi keçid dövründə olduğuna diqqət çəkib.
***
“Hazırda keçid dövründəyik, çünki gördüyümüz iş böyükdür. Biz Amerikaya rifahı qaytarırıq, bu, çox vacibdir. Bu, həmişə vaxt alır”, – Tramp deyib.
Tariflərin inflyasiyanı artırıb artırmayacağı ilə bağlı suala Tramp onların inflyasiyaya təsir edə biləcəyini söylədi, lakin faiz dərəcələrinin aşağı düşdüyünü vurğulayıb.
Meksika və Kanadaya tariflərin aprel ayına qədər dayandırılması ilə bağlı Tramp, “Amerika avtomobil istehsalçılarına aprelin 2-nə qədər kömək etmək istədim. 2 apreldən sonra hər şey qarşılıqlı olacaq. Bizdən aldıqları məbləğdə onlardan da alacağıq”, – deyib.
Konqresdəki çıxışına demokratların plakatlı etirazlarla cavab verməsi ilə bağlı Tramp, “Onların problemi var. İnana bilmirəm. Kişilərin qadın idmanında oynamasından danışırdılar. Respublikaçılar çılğınlaşır, Demokratlar isə plakatlarını qaldırırdılar. İnanılmazdır. Anlamırlar” deyib.
***
Ukrayna ilə bağlı Tramp deyib ki, prezident Zelenski “uşaqdan konfet kimi ABŞ-dan silah alır”. Tramp Zelenskinin minnətdar olmadığını bildirib və ABŞ-ın Ukraynaya əvvəlki prezidentlərdən daha çox yardım etdiyini iddia edib. O, Ukraynanın Rusiyaya qarşı sağ qala bilməyəcəyi mesajını da verib.
Tramp Rusiya, Çin və Panama ilə bağlı da açıqlamalar verərək, heç kimin Rusiyaya qarşı onun qədər sərt olmadığını bildirib və “Şimal axını 2” boru kəmərini dayandırdığını vurğulayıb. O, Çinə qarşı da sərt davrandığını bildirib.
Panama kanalının səbəbsiz olaraq bu ölkəyə verildiyini bildirən Tramp, kanalın Çinə verildiyi üçün Panamadan geri alacaqlarını açıqlayıb.
***
Qızıl kartdan danışan Tramp, aztəminatlı şəxslərə tibbi xidmət göstərən “Medicaid”, yaşlılar və əlillər üçün tibbi sığorta olan “Medicare” və Sosial Müdafiə proqramlarına toxunmayacağını, ancaq korrupsiyaya son qoyacağını bildirib. Xaricilərə qızıl kartları 5 milyon dollara satacaqlarını da açıqlayıblar. Tramp qızıl kartın yaşıl kartdan daha yaxşı olacağını söylədi.
O, İlon Maskın yüz milyardlarla dollar dəyərində “saxta müqavilələr”in üstünü açdığını və Co Bayden dövründə “trans siçan əməliyyatları”na çoxlu pul xərcləndiyini iddia edib.