
“Apple” “Formula 1”in yayım hüquqlarını aldı
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
14 milyard dollarlıq “Bitcoin” ələ keçirildi
Müdafiə sahəsində ABŞ-dan asılılıq Avropa liderləri üçün daha böyük təhlükəyə çevrilib, xüsusən də Tramp vəzifəyə gəldikdən sonra. Almaniya da bununla bağlı ciddi addımlar atmağa hazırlaşır. Ölkənin ən böyük silah-sursat istehsalçısı “Rheinmetall”, müdafiə avadanlığı istehsalı üçün hazırda avtomobil hissələri istehsal edən iki zavodunun təyinatını dəyişdirəcəyini açıqladı.
Almaniya rəsmiləri ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı sərt qərarlarından sonra ABŞ ilə çox milyardlıq “F-35” müqaviləsinin taleyi ilə bağlı narahatlıqlarını dilə gətirməyə başlayıblar.
Berlin ABŞ ilə 8,3 milyard avroluq müqavilə çərçivəsində gələn il 35 “F-35A” döyüş təyyarəsi, 37 ehtiyat mühərrik və böyük miqdarda döyüş sursatları almağa hazırlaşır.
Alman mətbuatında yer alan xəbərlərə görə, rəsmilər ABŞ-ın göndərdiyi “F-35A” döyüş təyyarələrinə “Kill Switch” adlı sistem daxil edəcəyindən narahatdırlar ki, bu da təyyarələri istənilən vaxt sıradan çıxara bilər.
***
ABŞ-ın “Kill Switch” ilə göndərdiyi döyüş təyyarələrini istənilən vaxt sıradan çıxara biləcəyi iddiası əslində uzun müddət müzakirə mövzusu olsa da, bu günə qədər sübuta yetirilməmişdi. Lakin ABŞ prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı dayandırmasından və kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmasından sonra narahatlıqlar artıb.
ABŞ-ın tədarük etdiyi “F-16”ların Ukraynada fəaliyyətini dayandırdığına dair xəbərlər yayılıb.
Münhen Təhlükəsizlik Konfransının keçmiş sədri Volfqanq İşinqer Almaniyanın “Bild” qəzetinə, “Əgər ABŞ-ın Ukraynaya etdiyi kimi gələcək Alman “F-35”lərinə də eyni şeyi edəcəyindən narahatıqsa, o zaman müqavilənin ləğvi məsələsi gündəmə gələ bilər”, – deyib.
Alman silah şirkəti “Hensoldt”un kommunikasiya meneceri Yoahim Şrantshofer dedi: “F-35-dəki bloklama açarı sadəcə bir şayiə deyil”.
***
“The Telegraph” qəzetinin yazdığına görə, İsveçrə Müdafiə Nazirliyi ABŞ-ın “F-35”ləri sıradan çıxara biləcəyi ilə bağlı xəbərləri təkzib edərək, döyüş təyyarələrinin “müstəqil şəkildə istifadə oluna biləcəyini” təkid edib.
Belçikanın müdafiə naziri general Frederik Vansina da F-35-in “uzaqdan idarə olunan təyyarə olmadığını” bildirib.
***
“The Telegraph” qəzetinin xəbərinə görə, ABŞ bu ssenarini həyata keçirsəydi, Avropanın hava hücumundan müdafiəsini təsirsiz hala sala bilər.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silah transferlərinə dair hesabatına görə, 2015-2019-cu illər ilə müqayisədə 2020-2024-cü illərdə döyüş təyyarələri, zenit silahları, tanklar və sualtı qayıqlar kimi Avropadan silah idxalı təxminən 155 faiz artıb. Avropalı NATO üzvlərinin silah idxalı 2020-2024-cü illərdə əvvəlki 5 ilə nisbətən 105 faiz artdığı halda, bu silahların 64 faizi ABŞ tərəfindən təmin edilib. Bu nisbət 2015-2019-cu illərdə yüzdə 52 olaraq qeydə alınmışdı.
2015-2019-cu illərdə 35 faiz olan ABŞ şirkətlərinin qlobal silah ixracatındakı payı 2020-2024-cü illərdə 43 faizə yüksəlmişdi. Rusiya şirkətlərinin qlobal silah ixracında payı 21 faizdən 7,8 faizə düşüb. Birləşmiş Ştatlar döyüş təyyarələri kimi qabaqcıl uzun mənzilli zərbə imkanlarının üstünlük verilən təchizatçısı olaraq qaldı.