“Boğaz əvvəlki vəziyyətə qayıtmayacaq”
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
15:02 | 18 mart 2025 | Çərşənbə axşamı
Məqaləyə 338 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
Tehrana hücum zamanı 25 nəfərdən çox insan həlak oldu
Xarqı ələ keçirmək göründüyü kimi asan deyil
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Çin ABŞ konsulluğunun təhlükəsizlik xəbərdarlığına etiraz etdi
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
Donald Trampın “Amerikanı yenidən sağlamlaşdırın” və xroniki xəstəliklərlə mübarizə vəd etməsinə baxmayaraq, Tramp administrasiyasının diabet xəstələri üzərində aparılan 30 illik tədqiqatın maliyyələşdirilməsini ləğv etdiyi bildirilir.
Tədqiqatçılar “Stat News”a bildiriblər ki, ixtisarlar Diabetin Qarşısının Alınması Proqramı üçün maliyyəni ləğv edən Milli Sağlamlıq İnstitutu vasitəsilə edilib.
Alimlər maliyyənin niyə kəsildiyini bilmirlər, lakin bunun Kolumbiya Universitetinin ölkə daxilindəki tədqiqat institutlarını maliyyələşdirməsi ilə bağlı ola biləcəyini düşünürlər. Tramp administrasiyası bu yaxınlarda “Ivy League” kollecinin (Yeni İngiltərə adlanan ərazi və onun cənubundakı səkkiz məktəb) kampusunda antisemitizmi dayandırmaq üçün kifayət qədər iş görmədiyini iddia edərək Kolumbiya Universitetinə edilən 400 milyon dollar federal maliyyə yardımını dayandırıb.
“The İndependent” cavab almaq üçün qurumla əlaqə saxlayıb.
Keçən il 35 milyard dollar qrant paylayan Milli Sağlamlıq İnstitutları, Tramp vəzifəyə gəldikdən bəri bir sıra ixtisarlarla, o cümlədən mindən çox işdən çıxarılma və müxtəliflik, bərabərlik və inklüziv proqramları ləğv edildiyi üçün onun elementlərini ilə əlaqəli xeyli layihələrin qrantları dayandırıb.
Ağ Ev, həmçinin institutları mövcud qrantlar üçün maliyyəni əhəmiyyətli dərəcədə azaltmağa başladı, lakin bu səy universitetləri və xəstəxanaları təmsil edən 22 ştat və təşkilatın açdığı məhkəmə iddiası ilə bu ay müddətinə dayandırıldı.
Səhiyyə müəssisəsindəki dəyişikliklər universitetlərin işə qəbulunun dondurulmasına səbəb oldu və bəzi alimlər institut tərəfindən maliyyələşdirilən vəzifələrə müraciət edə bilməyəcəklər.
Brown Universitetində serebral iflici araşdıran bir proqram üçün çalışan Konnor Fillips, “Başqalarına kömək etməyi və elmə olan sevgini insanların həyatını yaxşılaşdıracaq bir işə çevirməyi bacarmayan biri, saatlarla çılğıncasına, stresslə və daha aşağı maaşla bu işləri görməz”, – dedi.
Rəhbərlik millətin sağlamlığına daha da geniş təsir göstərə biləcək dəyişiklikləri davam etdirir.
Ağ Evin müşaviri və Hökumət Məhsuldarlığı Departamentinin lideri İlon Mask tez-tez Sosial Təminatdan “Ponzi sxemi” kimi danışır və proqramın yaşlılar üçün telefon xidmətlərini dayandırmağı düşünür, lakin sonradan medianın araşdırmasından sonra bu səydən imtina etdiyi bildirilir.