Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
00:19 | 19 mart 2025 | Çərşənbə
Məqaləyə 335 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Yəməndə İranın dəstəklədiyi husilər 7 oktyabr 2023-cü ildə baş verən qətliamdan sonra başlayan münaqişəyə görə İsrail hücumlarına cavab olaraq Qırmızı dənizdə ticarət gəmilərinə qarşı əməliyyatlar həyata keçirir. Bu çərçivədə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə husilərə hava zərbələri endirir. Son hücum ötən gün baş verib.
***
ABŞ və Husilər arasında son gərginliklərlə bağlı açıqlama verən Husilərin xarici işlər naziri Camal Amer terrorçuların hazırda ABŞ ilə müharibə vəziyyətində olduğunu ifadə edərək, "Biz ABŞ-la müharibə vəziyyətində olduğumuzu düşünürük. Bu o deməkdir ki, özümüzü bütün mümkün vasitələrlə müdafiə etmək haqqımız var. Ona görə də gərginliyin artması ehtimalı var", – deyib.
***
Qəzzada münaqişənin dayanmadığı müddətcə əməliyyatlarını azaltmayacaqlarını ifadə edən Camal Amer, "Qəzzada blokada qaldırılana qədər əməliyyatların azaldılmasından söhbət gedə bilməz. İran qərarlarımıza müdaxilə etmir. Zaman-zaman vasitəçilik edir, amma bizə hər şeyi diktə edə bilməz”, – deyib.
***
Husilərin xarici işlər naziri yalnız Qırmızı dənizdə İsrail gəmilərini hədəfə almaq niyyətində olduqlarını, lakin ABŞ-ın gərginliyi artırdığını və Husilərin özlərini müdafiə etmək hüququna malik olduqlarını bildirib.
***
Amer, "ABŞ İranı təhdid edir və Yəmənə zərbələr endirir. İndi bütün ssenarilər mümkündür. Onlar bizə nə edəcəklərsə, biz də cavab verəcəyik. Əgər bizi Trumandan (ABŞ təyyarədaşıyan gəmisi USS Harry S. Truman) vururlarsa, biz də Trumanı vurmaqla cavab verəcəyik”, – deyib.