Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:30 | 19 mart 2025 | Çərşənbə
Məqaləyə 363 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın “Axios” nəşri xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İranın dini rəhbəri Əli Xameneyiyə yazdığı məktubla bağlı yeni təfərrüatlar ortaya çıxıb. ABŞ prezidenti fars-molla rejiminin liderinə məktubunda yeni nüvə razılaşması üçün möhlət verdiyi iddia edilib.
“Axios”a danışan mənbələr məktubu “sərt” adlandırıb və Trampın İrana yeni nüvə razılaşmasına nail olmaq üçün iki ay vaxt verdiyini qeyd edib.
Mənbələr, Trampın İranın razılaşma üçün danışıqlara razı olmadığı təqdirdə “nəticələri” barədə xəbərdarlıq etdiyini və Ağ Evin məktubun çatdırılmasından əvvəl İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələri məktubun məzmunu ilə bağlı məlumatlandırdığını bildirib.
***
Martın 7-də “Fox Business Network”ə müsahibə verən Tramp İran lideri Əli Xameneyiyə məktub göndərdiyini açıqlamışdı.
“Mən onlara məktub yazdım, ümid edirəm ki, danışıqlar aparacaqsınız, çünki hərbi yolla girməli olsaq, bu, dəhşətli bir şey olacaq”, – deyə Tramp bildirib.
Xameneyi martın 8-də etdiyi çıxışda ABŞ-ın danışıqlar tələbi ilə problemləri həll etmək deyil, öz tələblərini irəli sürmək və hökmranlıq qurmaq istədiyini və İranın bunu qəbul etməyəcəyini bildirib.
Birləşmiş Ərəb Əmirlikləri prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş martın 12-də İranın paytaxtı Tehranda İranın xarici işlər naziri Abbas Araqçı ilə görüşüb və Trampın Xameneyiyə ünvanladığı məktubu çatdırıb.