
Büdcə kəsirində tariflərin təsiri
35 milyardlıq azalma var
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
Belarusda 52 məhkum əfv edildi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
ABŞ prezidenti Donald Tramp şəhadət barmağını daim insanlara tərəfdarları və ya əleyhdarları göstərməsi ilə məşhur idi. Bu jest bir çox insanı onun mənası və sirri haqqında çaşdırıb.
Böyük Britaniyanın “Lancaster” Universitetinin dilçilik professoru Kristofer Hart hesab edir ki, Trampın barmaq jestinin insanlara güclü və təəccüblü təsiri var.
Hart tədqiqatının çox hissəsini siyasətçilərin öz ardıcıllarına təsir etmək üçün sözlərindən necə istifadə etmələrinə həsr etsə də, şifahi olmayan siqnalların izləyiciləri necə cəlb edə biləcəyi ilə bağlı çox az araşdırma aparıb. Amma o qeyd edib ki, Trampın jesti onu həmişə düşündürüb.
“Social Semiotics” jurnalında dərc olunan son araşdırmada Hart 18 aprel 2016-cı il tarixində Nyu-Yorkun Buffalo şəhərində keçirilən və 11 mindən çox insanın iştirak etdiyi Tramp seçki mitinqini təhlil edib.
Hart aşkar etdi ki, ABŞ prezidenti barmağını dəqiqədə bir dəfədən çox göstərir – bu nisbəti çox böyük kimi xarakterizə edib.
“Tramp bu addımı atan yeganə siyasətçi deyil, amma bunun nə qədər tez-tez təkrarlanması məni təəccübləndirir. O, həm öz auditoriyasını və medianı nəzərdə tutur və həm də əleyhdarlarına və ya ABŞ-a düşmən olanlara işarə edir”, – deyə Hart bildirib.
Bəs niyə Tramp davamlı olaraq barmağını göstərir?
“Social Semiotics”dən sitat gətirən Hart, “Prezident öz ardıcıllarına istinad edəndə onlarla qarşılıqlı əlaqəni artırmağa, onları daha çox öz dairəsinə cəlb etməyə və özünü onlardan biri kimi hiss etdirməyə çalışır”, – deyib.
“Trampın bu addımı təbii ki, onun əyləncə dünyasında, xüsusən də güləş sahəsindəki təcrübəsini əks etdirir. Əvvəllər o, vəhşi jestlərdən və güc siqnallarından istifadənin adi hal aldığı Dünya Güləş Əyləncə Federasiyasının şoularında tez-tez qonaq olub”.
Trampın tez-tez özünə istinad etdiyini də qeyd edən Hart, məqsədinin səmimiliyini göstərmək və özü ilə izləyiciləri arasında emosional əlaqə yaratmaq olduğunu qeyd edib.
Dilçilik üzrə professor Hart hesab edir ki, Trampın görünməmiş populyarlığının sirri onun daim şəhadət barmağından istifadə etməsidir.
O qeyd edib ki, Trampın barmaq jestlərindən istifadə etməsi “siyasətçilərin adətən ünsiyyət tərzinə ziddir və bu, onu canlı və əyləncəli bir performans edir. Bu, onun müraciətinin böyük bir hissəsidir”, – Hart qeyd edib.