Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:08 | 21 mart 2025 | Cümə
Məqaləyə 478 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp Oval kabinetdə keçirdiyi mərasimdə xarici siyasət gündəminə dair qiymətləndirmələr edərkən ABŞ-Çin rəqabəti və Rusiya-Ukrayna atəşkəs prosesi ilə bağlı fikirlərini bölüşüb.
ABŞ prezidenti Donald Tramp Pekinlə qlobal rəqabət mövzusu ilə bağlı deyib: “Biz Çinlə potensial müharibəyə girmək istəmirik, lakin sizə deyə bilərəm ki, əgər bunu etsək, bununla mübarizə aparmaq üçün çox yaxşı təchiz olunmuşuq”. dedi.
Tramp “The New York Times”da (NYT) dərc olunan baş məsləhətçisi İlon Maskla barədə “Çinlə potensial müharibə planları” xəbərinə cavab verib.
“Biz Çinlə potensial müharibəyə girmək istəmirik, amma sizə deyə bilərəm ki, əgər bunu etsək, onunla mübarizə aparmaq üçün çox yaxşı təchiz olunmuşuq. Amma bunu heç kimə göstərmək istəmirik. Siz, şübhəsiz ki, bu planları bizə çox kömək edən bir iş adamına belə göstərməmişik”, – Tramp deyib.
Maskın Pentaqona səfəri zamanı Müdafiə Nazirliyinin ixtisarına dair bəzi mövzularda Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə müzakirələr apardığını deyən Tramp, NYT-nin Çinlə bağlı hesabatını uydurma və saxta xəbər olaraq dəyərləndirib.
Çin prezidenti Şi Cinpinlə də danışacağını bildirən ABŞ prezidenti Tramp, Çinə tətbiq edəcəkləri gömrük rüsumları ilə bağlı müzakirələrə açıq olduğunu bildirib.
***
Tramp həmçinin Rusiya-Ukrayna atəşkəs prosesindən çox ümidli olduğunu və həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə çox yaxşı münasibətdə olduğunu bildirib.
ABŞ prezidenti, “İnanıram ki, biz tezliklə bir çox sahədə atəşkəs razılaşmasına nail olacağıq. İndiyə qədər hər şey çox yaxşı getdi. Tezliklə tam atəşkəs olacaq və sonra biz saziş imzalayacağıq. Danışıqlar aparılmış sazişlər torpaqların bölüşdürülməsi ilə bağlı məsələləri də əhatə edəcək”, – deyib.
***
Digər tərəfdən Tramp prezident olana qədər NATO-nun yaxşı vəziyyətdə olmadığını iddia edərək, səlahiyyət müddətində üzv ölkələrdən ödənişlərin artdığını və bunun alyans üçün yaxşı olduğunu bildirib.
“NATO hazırda möhkəm və güclüdür, lakin onlar bizimlə ədalətli davranmalıdırlar. Çünki bizsiz NATO-nun əhəmiyyəti yoxdur”, – Tramp deyib.