
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
Trampdan Avropaya çağırış
FBI şübhəli şəxsin videolarını yayımladı, barmaq izi və başqa dəlillər var
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
ABŞ-lı milyarder Mask Tramp tərəfdarı aktivist Kirkin ölümü ilə bağlı Demokratları hədəfə aldı
Belarusda 52 məhkum əfv edildi
Məhkum ittihamları rədd etdi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
Kirkin qatilinin yüksək keyfiyyətli görüntüsü əldə edilib
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Yutada öldürülən konservativ aktivist Çarli Kirk haqqında bilinməyənlər
Tramp aktivistin qətlini ABŞ-da qara gün kimi adlandırıb
ABŞ-da Fələstinə dəstək nümayişlərinin başlamasına səhnə olan Kolumbiya Universiteti maliyyə kəsilməsinin qarşısını almaq üçün Prezident Donald Trampın bəzi tələblərini qəbul etdi.
Tramp administrasiyası martın 13-də bildirib ki, kampusda “antisemitizmlə mübarizə” tədbirləri görülməsə, universitet üçün federal maliyyənin 400 milyon dolları kəsiləcək. Kolumbiya, verilən müddətin son günündə Trampın bəzi tələblərinin qəbul edildiyini açıqlayıb.
Universitetin dünən yaydığı açıqlamada kampusda insanları saxlamaq və ya uzaqlaşdırmaq səlahiyyətinə malik olacaq 36 xüsusi məmurun vəzifəyə başlayacağı bildirilib. Bundan əlavə, sağlamlıq problemləri və ya dini inanclardan başqa hər hansı səbəbdən kampusda maska taxmaq qadağan olunacaq. Bütün tələbələr tələb olunduqda şəxsiyyət məlumatlarını işçilərlə bölüşmələri tələb olunacaq.
Məktəb həmçinin antisemitizmi təbliğ edən fəaliyyət qadağan ediləcək. Üstəlik “yəhudiləri və ya israilliləri hədəfə alan və ya onlara qarşı zorakılığı təşviq edən addımlar da antisemitizm sayılacaq.
Bundan əlavə, Yaxın Şərq, Cənubi Asiya və Afrika Araşdırmaları Departamentinə nəzarət etmək üçün yüksək səviyyəli zabit təyin ediləcək. Bildirilib ki, bu şəxs kafedrada “balanslaşdırılmış” strukturu təmin etmək üçün tədris planını və akademiklərin işə qəbulu proseslərini yoxlayacaq.
Keçən il istefa verdikdən sonra Kolumbiya Universitetinin prezidenti Minuş Şafikin yerinə keçmiş Katrina Armstronqun açıqlaması universitetdə narahatlıq və qəzəb yaradıb.
“The New York Times” (NYT) bildirir ki, hüquqşünaslar və akademik azadlıq müdafiəçiləri Kolumbiyanın Trampa təslim olmasını çox təhlükəli görürlər.
Məktəb həmçinin yəhudi və afro-amerikalı tələbələrin qəbulunda azalma müşahidə etdikdən sonra siyasətləri nəzərdən keçirməyi planlaşdırır.
Lakin bu dəyişiklikləri qəbul etmək məktəbin yenidən maliyyə alacağına zəmanət vermir. Tramp administrasiyası bunların sövdələşmə üçün ilkin şərtlər olduğunu və digər struktur islahatları tələb oluna biləcəyini söylədi.
Kolumbiyada Fələstin etirazlarına dəstək verən aparıcı simalardan biri, fəal Mahmud Xəlilin saxlanılması da gündəm olub. Tramp Xəlilin “Həmas tərəfdarı” olduğunu və deportasiya edilməli olduğunu iddia etmişdi.
Amerikalı həyat yoldaşı Nur Abdalla ilə Nyu-Yorkda yaşayan 30 yaşlı fəal 8 martda İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının basqında saxlanılıb. Yaşıl kartı ləğv edilən tələbə siyasi baxışlarına görə hədəfə alındığını bildirib.
2024-cü il aprelin 18-də Kolumbiya Universitetində başlayan hadisələr, on minlərlə tələbə və akademikin iştirakı ilə Prinston, Yale, MİT və Harvard kimi nüfuzlu təhsil ocaqları da daxil olmaqla bir çox universitetə sürətlə yayıldı. NYT-nin paylaşdığı məlumatlara görə, iyul ayında səngiyən etirazlarda aralarında tələbələr və akademiklər də daxil olmaqla ən azı 3100 nəfər həbs edilib və ya saxlanılıb.
ABŞ-ın o zamankı prezidenti Co Bayden də bu hərəkətlərə reaksiya verərək, Antisemitizmi təbliğ edən bu etirazları qınayıram demişdi.