Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
19:19 | 22 mart 2025 | Şənbə
Məqaləyə 663 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Dünən ABŞ prezidenti Donald Tramp tərəfindən açıqlanan ilk 6-cı nəsil döyüş təyyarəsi olan “F-47” bu gün dünya mediasının ən önəmli gündəm mövzularından birinə çevrilib. “The Associated Press” (AP) xəbər agentliyi təyyarənin qiymətinin və zərurətinin ölkədə müzakirələrə səbəb olduğunu qeyd etsə də, Pentaqon təyyarənin hazırkı donanmadan çox kənarda gizli və nüfuz etmə qabiliyyətinə malik və Çinlə potensial münaqişədə vacib olacağını bildirir.
“F-35” ilə bağlı müzakirələr davam edərkən, ABŞ prezidenti Donald Tramp dünən dünyanın ilk 6-cı nəsil döyüş təyyarəsi olaraq F-47 istehsalına başlayacaqlarını açıqladı.
ABŞ prezidenti Tramp Oval kabinetdə keçirilən mərasimdə ölkəsinin 6-cı nəsil döyüş təyyarələrinə keçid planını açıqlayıb.
***
“Mənim göstərişimlə ABŞ Hərbi Hava Qüvvələri dünyanın ilk 6-cı nəsil döyüş təyyarəsinə keçəcək və bu təyyarə generalların seçdiyi “F-47” adıyla tanınacaq”, – Tramp deyib.
***
Təyyarənin “Boeing” tərəfindən istehsal ediləcəyini deyən Tramp, “F-47 indiyə qədər istehsal edilmiş ən qabaqcıl, qabiliyyətli və ölümcül təyyarə olacaq. Təyyarənin eksperimental versiyası demək olar ki, beş ildir gizli şəkildə uçur. Bu təyyarələrdən yeni bir donanma qurulacaq və mənim rəhbərliyim zamanı yaxın bir neçə il ərzində havada olacaq”, – deyib.
***
Pentaqon bildirir ki, bu təyyarə hazırkı donanmadan çox kənarda gizli və nüfuz etmə qabiliyyətinə malik olacaq və Çinlə potensial münaqişədə vacib olacaq.
Nə Tramp, nə də Pentaqon nə qədər təyyarənin istehsal ediləcəyini və nə qədər başa gələcəyini açıqlamasa da, Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Devid Olvin “F-22”lərdən daha çox “F-47” istehsal ediləcəyini bildirib. Hazırda ABŞ-ın hər biri 143 milyon dollara başa gələn təxminən 180 ədəd “F-22” döyüş təyyarəsi var.
***
“AP” xəbər agentliyinin məlumatına görə, proqramın dəyəri və zəruriliyi ABŞ-da mübahisələrə səbəb olub. Pentaqon hələ də vergi ödəyicilərinə həddindən artıq baha başa gəlməsi gözlənilən ən qabaqcıl təyyarəsi olan “F-35”i istehsal etmək üçün mübarizə aparır. Pentaqonun gizli bombardmançısı, 2026-2027-ci illərdə xidmətə girməsi gözlənilən “B-21 Raider” isə “F-47” ilə eyni texnologiyalara malikdir.
***
ABŞ-ın “The New York Times” qəzetinin yazdığına görə, “F-47” Trampın vədlərini yerinə yetirsə, dünyanın ən qabaqcıl döyüş təyyarəsi ola bilər. Rusiya və Çin öz altıncı nəsil döyüş təyyarələri üzərində işləyərkən, Avropa ölkələri də diqqətlərini bu təyyarələrə yönəldiblər.