Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
12:52 | 25 mart 2025 | Çərşənbə axşamı
Məqaləyə 288 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Reyqandan Trampa – 45 ilin kabusu
ABŞ prezidenti Donald Tramp Cənubi Koreyanın “Hyundai” şirkətinin ABŞ-a 21 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında “Hyundai”nin ABŞ-ın istehsal sənayesinə 5,8 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
Bu çərçivədə şirkətin Luizianada quracağı fabrikdə ildə 2,7 milyon metrik tondan çox polad istehsal edəcəyini və 1400-dən çox insanı iş yeri ilə təmin edəcəyini ifadə edən Tramp, daha sonra genişləndiriləcək obyektin “Hyundai”nin ABŞ-dakı ilk polad fabriki olacağını qeyd etdi.
Tramp bildirib ki, şirkət Alabama və Corciyadakı avtomobil zavodları üçün avtomobil hissələri və polad tədarük edəcək və bu zavodlar tezliklə hər il ABŞ istehsalı olan 1 milyondan çox avtomobil istehsal edəcək.
Bu sərmayənin tariflərin işə yaradığının güclü göstəricisi olduğunu iddia edən Tramp, “Hyundai Amerikada polad, Amerikada avtomobil istehsal edəcək. Nəticədə heç bir tarif ödəmək məcburiyyətində qalmayacaqlar. Bilirsiniz, məhsulunuzu Amerikada istehsal edirsinizsə, heç bir tarif yoxdur, ona görə də bu qədər insan gəlir”, – deyib.
Luizianadakı yeni polad zavodunun “Hyundai”nin yaxın bir neçə il ərzində ABŞ-da edəcəyi 21 milyard dollarlıq sərmayənin bir hissəsi olduğunu deyən Trump, şirkətin Gorciya avtomobil istehsalını da əhəmiyyətli dərəcədə artıracağını və qabaqcıl Amerika texnologiya şirkətlərinə milyardlarla dollar sərmayə qoyacağını bildirib.
***
“Hyundai” İdarə Heyətinin sədri Euisun Çanq da 1986-cı ildən bəri ABŞ-a 20 milyard dollardan çox sərmayə yatırdıqlarını və 570 mindən çox ABŞ biznesmenə dəstək verdiklərini bildirib.
Önümüzdəki 4 ildə 21 milyard dollarlıq yeni investisiya qoyacaqlarını açıqlayan Çanq, bunun ABŞ-da indiyə qədər etdikləri ən yüksək sərmayə olacağını söylədi.
Çanq həmçinin ABŞ-dan 3 milyard dollar dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) alacaqlarını ifadə edərək, "Bütün bu səylər ABŞ-dakı tədarük zəncirimizin lokallaşdırılmasını sürətləndirəcək, əməliyyatlarımızı genişləndirəcək və Prezident Trampın rəhbərliyi altında Amerika işçi qüvvəmizi artıracaq”, – deyib.