Müharibə regiona sıçrayır
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
08:10 | 16 aprel 2014 | Çərşənbə
Məqaləyə 1749 dəfə baxılıb
Şriftin ölçüsü
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
Finlandiyanın baş naziri Yurki Kataynen (Jyrki Katainen) bildirib ki, onun heç bir hərbi pakta üzv olmayan ölkəsi İsveçlə birlikdə lazım olan vaxtda NATO-da üzvlüyü nəzərdən keçirməlidir. O əlavə edib ki, Ukrayna böhranı ilə əlaqədar Finlandiyanı gözləyən heç bir güclü təhlükə yoxdur. Məlumatı «EurActiv» xəbər portalı yayıb.
«Fikrimcə, Finlandiya NATO-ya qoşulmalıdır. Bu, Finlandiyanın mövqeyini gücləndirəcək. Lakin mən azlıqdayam», - Kataynen aprelin 12-də Finlandiyanın «Yle» televiziyasına müsahibəsində bildirib.
Kataynen deyib ki, Ukraynadakı vəziyyətə görə Finlandiyanı böyük risk gözləmir. Lakin bildirib ki, Rusiya öz sərhədlərindən kənarda olan vətəndaşlarını da qorumağa hazır olduğunu bəyan edir.
«Bu, çox ciddi məsələdir və açıq müzakirə olunmalıdır», - Kataynen deyib və «Yle»yə rus dilindəki «Novosti» adlı xəbərlər xidmətinə görə təşəkkür edib. Çünki bu xidmət Finlandiyadakı rusdillilərin öz ana dillərində xəbərləri izləməsinə şərait yaradır.
Kataynen həmçinin bildirib ki, Finlandiya dövləti batan gəmini tərk etdiyi ilə bağlı ittihamları haqlı olaraq rədd edir. Aprelin 5-də Kataynen vurğulayıb ki, yayda baş nazir vəzifəsindən uzaqlaşacaq və Avropa İttifaqında yeni bir vəzifə üçün imkanı olacaq.
Kataynen Ukrayna hadisələrini nəzərə alaraq, ölkəsinin NATO-ya üzv olmasını istəyən yeganə şəxs deyil. 2008-ci ildə Nobel sülh mükafatını qazanan keçmiş Finlandiya prezidenti Marti Antisaari (Martti Antisaari) Kosova danışıqlar prosesində qətiyyətlə ölkənin NATO-ya üzv olmasının vacibliyindən danışmışdı.
«Ümid edirəm ki, əvvəl-axır bu qərarı verəcəyik və inanıram ki, bu, İsveçlə birgə baş tutacaq. İsveçin də nəyə görə hələ bu qərarı qəbul etmədiyini anlamıram», - Antisaari son müsahibəsində deyib.
Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya (Erkki Tuomioja) bildirib ki, Finlandiya Aİ üzvü olduğuna və NATO-nun tərəfdaş üzvü olduğuna görə NATO-ya üzvlük tələb etmir. Müxalif mərkəzçi partiya «Chair Juha Sipilä» bildirir ki, indi NATO məsələsini nəzərdən keçirməyin vaxtıdır.
«NATO Finlandiyanın təhlükəsizliyinə əlavə xeyir verməyəcək. Bu, həll yolu deyil və özü ilə yeni problemlər gətirəcək», - Tuomioya əlavə edib.
Tuomioya hesab edir ki, Kataynen indi baş nazirlik müddəti başa çatmaq üzrə olduğuna görə daha rahat danışır və sağ-mərkəzçi milli koalisiya partiyasının mövqeyini daha cəsarətlə müdafiə edir. Milli koalisiya partiyası NATO-ya üzvlüyü dəstəkləyir, Tuomioyanın Sosial Demokrat Partiyası isə buna qarşı çıxır.
Qeyd edək ki, Sipila böhran vaxtı NATO məsələsinin müzakirə olunmayacağını deyir.
«Mənim öz mövqeyim mərkəzçi partiya ilə tamamilə eynidir. Finlandiya heç bir hərbi ittifaqa daxil deyil, lakin biz bu variantı nəzərdə saxlamaq istəyirik. Əgər üzvlük nəzərdən keçirilərsə, məsələ ilə bağlı ümummilli referendum olmalıdır», - Sipila deyib.