Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:29 | 28 mart 2025 | Cümə
Məqaləyə 142 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp “Politico” media orqanının hökumətdən aldığı iddia edilən 8 milyon dollar vəsaitin dərhal geri qaytarılmasını tələb edib. Tramp, “Truth Social” hesabındakı bir paylaşımda Hökumətin Səmərəliliyi Departamentini (DOGE) məsələ ilə bağlı tədbir görməyə çağırıb.
“Hökumətimiz tərəfindən radikal Ssol “Politico” jurnalına verilən 8 milyon dollara nə oldu? Zəngin adamlara məxsus bu pullar DOGE tərəfindən tez bir zamanda geri alınmalıdır”, – Tramp paylaşımında bildirib.
Tramp həmçinin ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin Administratoru Li Zeldinin istixana qazlarının tullantılarını azaltmaq üçün çalışan qruplar koalisiyasına nahaq yerə 2 milyard dollar verdiyinə dair iddialara toxunub və Demokratlar Partiyasının 2018-ci ildə Corciya qubernatorluğuna namizədi Steysi Abramsın da daxil olduğu ətraf mühit layihəsinə verilən maliyyənin geri qaytarılmasını tələb edib.
USAİD ətrafında mübahisələr ABŞ prezidenti Tramp yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan dərhal sonra xarici yardım haqqında fərman imzalayıb. Fərmanda ABŞ-ın xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və agentliklərdən xarici ölkələrə ödənişləri kəsəcəyi, proqramın ABŞ-ın xarici siyasətinə uyğunluğunu qiymətləndirmək üçün 90 günlük yoxlama müddətinin başladığı qeyd edilib.
ABŞ Dövlət Departamenti də yanvarın 27-də Departament və USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını açıqlayıb.
DOGE-nin rəhbəri Elon Mask, USAİD menecerləri ilə bağlı problemlərə görə işçilərin “inzibati məzuniyyətə” göndərildiyini açıqladı. Agentliyin sosial media hesabları da bağlanıb.
Vaşinqton Rayon Məhkəməsinin hakimi Əmir Əli daha sonra Tramp administrasiyasına USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini müvəqqəti bərpa etməyi əmr etdi.