Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
00:48 | 30 mart 2025 | Bazar
Məqaləyə 248 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Danimarka ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Qrenlandiyaya səfəri zamanı Kopenhagen hökumətinin adanın təhlükəsizliyinə kifayət qədər sərmayə qoymaması ilə bağlı söylədiyi şərhlərə etiraz edib.
Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen “X” hesabında paylaşdığı videoda Vens Kopenhagen hökumətini Qrenlandiya ilə bağlı tənqid edərkən istifadə etdiyi ton və üslubu bəyənmədiklərini bildirib.
Vensin Danimarka hökumətinin Qrenlandiyanın təhlükəsizliyinə kifayət qədər maliyyə ayırmaması ilə bağlı şərhlərinə cavab verən Rasmussen ölkəsinin artıq Arktika regionunun təhlükəsizliyinə daha çox sərmayə yatırdığını və bu məsələdə ABŞ ilə əməkdaşlığa açıq olduğunu bildirib.
“Bir çox ittihamlar və iddialar irəli sürülüb. Təbii ki, biz tənqidə açığıq. Amma biz bu tənqidlərin tonunu bəyənmirik. Siz yaxın müttəfiqlərinizlə bu şəkildə danışa bilməzsiniz”, – Rasmussen bildirib.
ABŞ prezidenti Donald Tramp vəzifəyə qayıtdıqdan sonra tez-tez Qrenlandiyanı ölkəsinin nəzarəti altına almaq arzusunu dilə gətirir.
***
23 dekabr 2024-cü ildə “Truth Social” hesabında etdiyi paylaşımda ABŞ lideri Qrenlandiyanın ABŞ-ın nəzarəti altında olması lazım olduğunu müdafiə edərək, adanın mülkiyyətini və nəzarətini “mütləq zərurət” kimi xarakterizə edib.
Tramp martın 13-də NATO-nun baş katibi Mark Rutte ilə görüşdüyü Oval kabinetdə də oxşar açıqlamalar verərək, “Məncə, bunun (Qrenlandiyanın ABŞ tərəfindən ilhaqı – red.) baş verəcəyini düşünürəm. Biz bununla bağlı razılığa gəlməliyik və amma Danimarka bunu qəbul etmir. Biz Danimarka ilə danışırıq. Milli təhlükəsizliyimiz üçün buna həqiqətən ehtiyacımız var”, – deyib.
Qrenlandiya rəhbərliyi bu açıqlamalara cavab olaraq adanın “satılmadığını və satılmayacağını” söyləyərək açıqlamalar versə də, Danimarka Qrenlandiyanın yanında olduğunu vurğulamağa davam edir.