Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
19:48 | 2 aprel 2025 | Çərşənbə
Məqaləyə 208 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın Ankaradakı səfirliyinə namizədi Tom Barak Senatdakı təsdiq dinləmələrində “Avropa, Asiya və Yaxın Şərqin ən strateji kəsişməsində yerləşən dəyərli NATO tərəfdaşımız Türkiyənin NATO-ya saysız-hesabsız töhfələri var”, – deyib.
ABŞ prezidenti Donald Trampın Ankara səfirliyinə namizədliyini irəli sürdüyü Barak Senatın Xarici Əlaqələr Komitəsinin iclasında ABŞ-Türkiyə münasibətlərini dəyərləndirib.
“Türkiyə NATO-nun ən böyük ordusundan biridir”, – deyən Barak daha əvvəl dəfələrlə olduğu Türkiyənin bölgədə çox əhəmiyyətli bir ölkə olduğunu və ABŞ-Türkiyə əlaqələrinin çox dəyərli olduğunu bildirib.
“Avropa, Asiya və Yaxın Şərqin ən strateji kəsişmə nöqtəsində yerləşən dəyərli NATO tərəfdaşımız Türkiyənin NATO-ya verdiyi töhfələr saysız-hesabsızdır. NATO-nun ən böyük ordu və dəniz donanmalarından birinə sahib olan Türkiyə İŞİD-lə mübarizədə çox dəyərli tərəfdaşdır”. Barak Türkiyənin xüsusilə İŞİD-lə mübarizədə çox mühüm rol oynadığını bildirib.
Ankaranın regional roluna toxunan Barak, “Türkiyə NATO-nun Ukraynaya dəstək mövqeyini dəstəkləyib, Ukraynaya qiymətli pilotsuz təyyarələr verib və Qara Dəniz Taxıl Təşəbbüsünə vasitəçilik etdi”, – deyib.
Türkiyənin İstanbul və Çanaqqala boğazlarından keçidi Montrö Konvensiyası çərçivəsində tənzimlədiyini və bunun strateji əhəmiyyət daşıdığını qeyd edən Barak, “Prezident Ərdoğanın və Trampın iki ölkə arasında ortaq hədəfi olan 100 milyard dollarlıq ticarət həcminə asanlıqla nail oluna bilər”, – deyib.
Digər tərəfdən ABŞ-ın Ankara səfirliyinə namizəd Barak Suriya ilə bağlı sualı cavablandırarkən YPG-nin PKK-nın bir parçası olduğunu etiraf edib.
Barak, “PKK-nın bir hissəsi olan, həm Türkiyənin, həm də bizim terrorçu qrup olaraq təyin etdiyimiz YPG ilə bağlı çaşqınlıq var, lakin YPG İŞİD-in yox edilməsində bizə kömək etdi”, – deyib.