Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
21:51 | 2 aprel 2025 | Çərşənbə
Məqaləyə 205 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Almaniya prezidentinin Azərbaycana səfəri ərəfəsində yaşanan qalmaqal – onun Ermənistana səfəri çərçivəsində özünün rəsmi “İnstagram” səhifəsində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış keçmiş qondarma rejimin “bayrağını” yerləşdirərək ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı paylaşım etməsi texniki cəhd kimi qələmə verilsə də, buna böyük şübhələr var. Xatırlatmaq istəyirəm ki, Almaniya rəsmilərinin Azərbaycana münasibətdə belə anlaşılmaz və qərəzli davranışları birinci dəfə deyil.
Təxminən 2 il bundan əvvəl Almaniya Kansleri Şolts Ermənistanın baş naziri Paşinyanı qəbul edərkən “Dağlıq Qarabağ xalqının” vətəndaş hüquqları haqqında danışmış, bu barədə rəsmi məlumat yayıldıqdan 2-3 saat sonra saytdan silinmişdi. Bir müddət sonra Almaniyanın xarici işlər naziri xanım Berbok Azərbaycanın xarici işlər naziri ilə birgə mətbuat konfransında Xankəndi və Şuşa səhərlərini ermənilərin qoyduğu uydurma adlarla adlandırmış, COP29 sammiti çərçivəsində Bakıya gəlməzdən əvvəl Ermənistana səfəri zamanı Azərbaycandan könüllü getmiş erməni əsilli şəxslərlə “Qarabağdan olan qaçqınlar” adı ilə görüş keçirmiş, “binokl diplomatiyası” adlanan qalmaqallı bir hərəkətə də yol vermişdi. Azərbaycana səfəri zamanı isə jurnalistlərin Qərbi Azərbaycan İcması ilə görüşüb-görüşmədiyi barədə sualına əvvəlcə Ermənistanda “Qarabağdan olan qaçqınlar”la görüşü barədə uzun-uzadı danışmış, sonradan Azərbaycanın xarici işlər nazirinin təkidindən sonra Azərbaycanda vətəndaş cəmiyyəti ayrı-ayrı nümayəndələri ilə görüşünü guya İcma ilə də görüş kimi qələmə verməyə çalışmışdı.
Bütövlükdə, Almaniya prezidentinin həm Ermənistana, həm də Azərbaycana səfərləri və bu səfərlər çərçivəsində verdiyi sülhə çağırışlarla bağlı bəyanatları təmsil etdiyi dövlətin Cənubi Qafqazda fəal rol almaq istəyindən irəli gəlsə də pozitiv məqamlara da malikdir.