Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
19:19 | 5 aprel 2025 | Şənbə
Məqaləyə 232 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
“TikTok-un ABŞ-dakı aktivlərinin bölünməsinə dair razılaşma ABŞ prezidenti Donald Trampın əks tarifləri elan etməsindən və Çinin təsdiq etməyəcəyinə işarə etməsindən sonra dayandı”, – məsələdən xəbərdar iki mənbə “Reuters” agentliyinə bildirib. Onlardan biri bildirib ki, əsasən çərşənbə günü tamamlanan sövdələşmə TikTok-un ABŞ-dakı əməliyyatlarını, ABŞ investorlarına məxsus və mərkəzi ofisi ABŞ-da yerləşən şirkətə çevirəcək.
Tramp TikTok-un ABŞ-da daha 75 gün fəaliyyət göstərməsinə icazə verən sərəncam imzaladığını və tətbiqin ABŞ-a məxsus olması ilə bağlı razılığa gəlməyə çalışdığını bildirib.
Tramp, administrasiyasının Çin video platformasının sahibliyini dəyişdirməsi üçün ABŞ tərəfindən müəyyən edilmiş son tarixdən əvvəl TikTok-da “çox yaxşı bir investor qrupu” ilə razılaşmaya “çox yaxın” olduğunu bildirdi.
Cümə axşamı axşam Floridaya uçan təyyarədə jurnalistlərə danışan ABŞ prezidenti “birdən çox investor”dan bəhs edib.
Yanvarın 19-da qüvvəyə minən ABŞ qanunu, Pekinin amerikalılara casusluq edə biləcəyi və ya Amerika ictimai rəyinə gizli şəkildə təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar səbəbilə TikTok-un Amerika filialına Çindəki ana şirkəti “ByteDance” ilə əlaqələrini dayandırmağı əmr etdi.
Tramp yanvarın 20-də vəzifəyə başlayanda qanunu dondurdu və “ByteDance”a ABŞ-dakı əməliyyatlarını satmaq üçün uzadılan 75 günlük müddət verdi. Bu müddət aprelin 5-də başa çatır.
Tramp, Çinə “bir az tarif endirimi və ya bunu etmək üçün bir şey” verə biləcəyini söylədi və əlavə etdi ki, “bir növ razılığa gələcəyik” və bu, vaxtında baş verməsə, son müddəti uzadacaq.
“The Associated Press” (AP) istinadən verdiyi məlumata görə, Ağ Ev TikTok ilə bağlı razılığa gəlməyə yaxındır, lakin Tramp Çini hədəf alan geniş tarifləri elan etdikdən sonra Çin danışıqları dayandırıb.