Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
13:32 | 7 aprel 2025 | Bazar ertəsi
Məqaləyə 183 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
“Truth Social” sosial media platformasında açıqlama verən ABŞ prezidenti Donald Tramp ABŞ-ın bir çox ölkə ilə ticarətində maliyyə kəsirlərinin olduğunu və bunun yeganə həll yolunun tariflərin tətbiqi olduğunu bildirib.
ABŞ-ın keçmiş prezidenti Co Bayden dövründə bu ölkələrlə ticarət profisitinin ABŞ-ın üzərinə düşən yükü artırdığını müdafiə edən Tramp, “Bir gün insanlar tariflərin ABŞ üçün çox yaxşı bir şey olduğunu anlayacaqlar”, – deyərək, bunu tez bir zamanda aradan qaldıracağını bildirib.
“Çin, Avropa Birliyi və bir çox başqa ölkələrlə böyük maliyyə kəsirlərimiz var. Bu problemi həll etməyin yeganə yolu tariflərdir ki, bu da hazırda ABŞ-a on milyardlarla dollara başa gəlir”.
Digər tərəfdən, Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hasset 50-dən çox ölkənin ABŞ prezidenti Trampın tətbiq edəcəyi tarifləri müzakirə etmək üçün Ağ Evlə əlaqə saxladığını qeyd edib.
Tramp aprelin 2-də ABŞ-a idxal edilən bütün məhsullara görünməmiş rüsumlar tətbiq edən sərəncam imzalayıb.
Sərəncama əsasən, ABŞ-ın bir çox ticarət tərəfdaşlarına tətbiq etdiyi tarif dərəcələri 10 faizdən 50 faizə qədərdir.
Bu çərçivədə Avropa Birliyinə 20 faiz, Çinə 34 faiz, Vyetnama 46 faiz, Tayvana 32 faiz, Yaponiyaya 24 faiz, Hindistana 26 faiz, Cənubi Koreyaya 25 faiz, Taylanda 36 faiz, İsveçrəyə 32 faiz, İndoneziyaya yüzdə 32, Malayziya, İndoneziyaya 32 faiz rüsum tətbiq edilməsi planlaşdırılır.
Azərbaycan, Türkiyə, Böyük Britaniya, Braziliya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Yeni Zelandiya, Misir və Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi ölkələr üçün 10 faiz gömrük rüsumu nəzərdə tutulur.
Digər tərəfdən, bir çox ölkə və AB Trampın tariflərinə reaksiya verərək, bu tariflərin ABŞ ilə müzakirə ediləcəyini açıqlayıb.