

Ağ Ev sabahdan etibarən Çindən idxal olunan mallara tariflərin 104 faizə qaldırılacağını açıqlayıb. Ağ Evdən verilən açıqlamaya görə, Çinin cavab rüsumlarını qaldırmamasından sonra ötən həftə tətbiq olunan 54 faiz vergi taariflərinə əlavə 50 faiz gömrük rüsumu tətbiq edilib.
Amerika mətbuatında yer alan xəbərlərə görə, qərar çərçivəsində yüzdə 104 əlavə vergi tarifi sabahdan etibarən qüvvəyə minəcək. Ağ Ev bu addımın Çinin qarşılıqlı siyasətinə cavab olduğunu vurğulayıb.
ABŞ prezidenti Donald Tramp Çinin ABŞ mallarına tətbiq etdiyi əks rüsumları qaldırmayacağı təqdirdə mövcud tarifləri 50 faiz artıracağı ilə hədələyib.