Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
08:33 | 10 aprel 2025 | Cümə axşamı
Məqaləyə 191 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Maliyyə naziri Skott Bessent deyib ki, qisas almayan ölkələr ikitərəfli tariflərin 90 günlük dayandırılması ilə “mükafatlandırılıb”. Bessent ABŞ prezidenti Donald Trampın Çinə tarifləri 125 faizə qədər artırdığını elan etməsindən sonra Ağ Evdə mətbuat mənsublarının suallarını cavablandırarkən deyib.
Trampın strategiyasının 75-dən çox ölkəni danışıqlar masasına oturtduğuna diqqət çəkən Bessent, danışıqlar aparmaq istəyənlərin 10 faizlik baza tarifinə düşəcəklərinə bildirib.
ABŞ Maliyyə naziri Çinin gərginliyi artırması səbəbiylə yüzdə 125 tariflə qarşı-qarşıya qaldıqlarını vurğulayıb.
“10 faizlik tarifə Meksika və Kanada da daxildirmi” sualına Bessent “Bəli” cavabını verib.
***
Bessent bildirib ki, Çin müasir dünya tarixində ən qeyri-sabit iqtisadiyyatdır və ABŞ-ın ticarət problemlərinin ən böyük mənbəyidir.
Çinin dünyanın qalan hissəsi üçün də problem yaratdığını iddia edən Bessent, “Mən buna ticarət müharibəsi demirəm. Amma deyirəm ki prezident Tramp buna çox cəsarətlə cavab verib və ticarət tərəfdaşlarımızla birlikdə həll yolu üzərində çalışacağıq”, – deyib.
Bessent Trampın böyük bir sövdələşmə çipi yaratdığını və xoş niyyətli danışıqlar tələblərinin müttəfiqlərdən gəldiyini söyləyib.
İndiyə qədər 75-dən çox ölkənin onlarla əlaqə saxladığını bildirən Bessent, “Bu gündən sonra bu rəqəmin daha da artacağını təxmin edirəm. Proses bir az vaxt aparacaq və prezident Tramp şəxsən iştirak etmək istəyir. Ona görə də 90 günlük fasiləyə gedirik”, – deyib.
***
Bessent bildirib ki, 10 faizlik əsas tariflər də qüvvədə qalacaq.
Bessent, tariflərdəki fasilənin bazar reaksiyası ilə bağlı olmadığını, əksinə bazarın keçən həftə gördükləri tarif dərəcələrinin artıq maksimum olduğuna bir az daha əmin olduqlarını söyləyib.