Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
08:02 | 21 aprel 2025 | Bazar ertəsi
Məqaləyə 203 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Hələ də bəzi insanlar düşünürlər ki, Tramp administrasiyasının hansısa planları var və bütün bu anlaşılmaz addımların arxasında hansısa adi insanların anlamayacağı dərin düşünülmüş siyasət dayanır. Amma əslində, hər şey sadədir və təəssüflə qeyd eləməliyik ki, hazırda dünyanın birinci iqtisadiyyatına, birinci siyasi, hərbi gücə malik olan Amerika Birləşmiş Ştatlarını bir qrup təsadüfi insan idarə etməkdədir. Elə tariflərlə bağlı verilən və bir həftə sonra 90 günlüyə təxirə salınan qərarla bağlı “The Wall Street Journal”ın yaydığı məlumat da bunu təsdiq edir.
“The Wall Street Journal” mənbələrə istinadən xəbər verir ki, böyük tariflər “ABŞ Prezidenti Donald Tramp maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lutniklə söhbət etmək üçün bir dəqiqə vaxt ayırdıqdan sonra dayandırıb.
Bessent və Lutnik Trampla təkbaşına danışmaq istəyirmişlər, lakin tarif müharibəsinin əsas dəstəkçisi, prezidentin ticarət müşaviri Peter Navarro buna mane olurmuş. Nəşrin qeyd etdiyi kimi, o, daim Oval Ofisdə “dolaşırdı”.
Aprelin 9-da səhər saatlarında Navarro Ağ Evin başqa bir yerində iqtisadi məsləhətçi Kevin Hassett ilə planlaşdırılan görüş keçirməli idi və onun Ağ Evdə olmaması Bessent və Lutnikə “hərəkətə keçməyə” imkan verib. İki nazir Navarronun cədvəlində yaranan “boşluqdan” yararlanaraq prezidentlə planlaşdırılmamış görüş üçün Oval Ofisə qaçıblar və Trampı tarifləri dayandırmağa inandıra biliblər. Navarro orada yox imiş deyə, onlarla mübahisə edə və əks arqumentlər təqdim edə bilməzdi.
Bessent və Lutnik, “Trump Truth Social”da kütləvi tariflərdə 90 günlük fasilə haqqında post yerləşdirənə qədər Oval kabinetdə gözləyiblər. Bundan dərhal sonra Bessent və administrasiyanın mətbuat katibi Kerolin Livitt ictimaiyyətə açıqlama vermək üçün jurnalistlərin qarşısını çıxıblar. “Bizə hər kəsin eyni şeyi yazması lazım idi”, – deyə, nəşrin mənbəsi izah edib...