Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:11 | 13 may 2025 | Çərşənbə axşamı
Məqaləyə 179 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Trampın Qətərin göndərdiyi təyyarədən istifadə tələbi təhlükəsizlik həyəcanına səbəb olub.
Tramp Qətər hökumətinin hədiyyə etdiyi 400 milyon dollarlıq “Boeing 747-8”dən rəsmi təyyarəsi kimi istifadə etmək istəyir. ABŞ prezidenti Qətərin göndərdiyi təyyarənin hazırkı “Air Force One”dan daha yeni olduğunu bildirir. Trampın rəsmi təyyarəsinin təxminən 40, Qətər tərəfindən göndərilən “Boeing”in isə 13 yaşı var.
Digər tərəfdən, ABŞ prezidentini daşıyan “Air Force One” təyyarəsi Amerika ordusunun təyin etdiyi standartlara uyğun dizayn edilib.
“The Washington Post” (WP) ilə əlaqə saxlayan ABŞ rəsmiləri Qətər tərəfindən göndərilən təyyarələrin bu standartlara uyğun təmirinin milyardlarla dollara başa gələcəyini və çox uzun vaxt aparacağını bildiriblər.
Mütəxəssislərin fikrincə, Trampın administrasiyası dövründə təyyarənin “Air Force One”a çevrilməsi çətin ki, baş tutsun.
“Air Force One”ın texniki xüsusiyyətləri ilə tanış olan keçmiş ABŞ rəsmisi təyyarəni “nüvə keçirməyən komanda mərkəzi” kimi təsvir edir. Adının çəkilməsini istəməyən rəsmi bildirib ki, Qətər tərəfindən göndərilən “Boeing”in bu səviyyəyə çatdırılması üçün ABŞ Hərbi Hava Qüvvələri təyyarəni söküb sıfırdan dizayn etməli olacaq.
ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş katibi Frank Kendall əks-kəşfiyyat məsələsinin də əhəmiyyətli bir risk olduğunu vurğulayır: “Təyyarədə heç bir dinləmə qurğusunun yerləşdirilmədiyinə əmin olmalıyıq”.
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın komandasında işləmiş, məxfi xidmətin təqaüdçü agenti Mak Plihkik də oxşar açıqlama verib: “Bu təyyarəni skeletinə qədər sökməli və sonra yenidən yığmalısınız. Hər bir hissənin təhlükəsizliyi böyük əhəmiyyət kəsb edir”.
Digər tərəfdən, rəsmilər deyirlər ki, Tramp prosesi sürətləndirmək üçün bu təhlükəsizlik yoxlamalarından bəzilərini etdirməyə bilər.
Qətər tərəfindən göndərilən təyyarə fevralın 15-də Dohadan Floridadakı “Palm Beach” hava limanına gətirilib. Tramp da qolf oynamağa gedərkən təyyarəni ən azı bir saat gəzib.
Tramp, ilk səlahiyyət müddətində “Air Force One”ı əvəz etmək üçün “Boeing” ilə müqavilə imzalayıb, lakin təyyarələrin 2027-ci ilə qədər təhvil verilməsi ehtimalı azdır.