Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
17:54 | 13 may 2025 | Çərşənbə axşamı
Məqaləyə 152 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
ABŞ prezidenti Donald Tramp dörd günlük Körfəz turuna bu gün Səudiyyə Ərəbistanına səfərlə başlayıb. Səfərdə əsas diqqət Qəzzada müharibə və ya İranın nüvə proqramı ilə bağlı danışıqlar deyil, böyük iqtisadi sövdələşmələr olub.
Ər-Riyadda keçirilən Səudiyyə-Amerika İnvestisiya Forumunda iştirak etmək üçün gələn Trampı “Blackrock”un baş direktoru Larri Fink və “Tesla”nın rəhbəri və prezidentin baş müşaviri İlon Mask da daxil olmaqla yüksək səviyyəli amerikalı iş adamları müşayiət edib.
Lakin Trampın səfəri zamanı həqiqətən diqqət çəkən onun etdiyi razılaşmalar deyil, qeyri-adi davranışları olub.
***
Tramp Səudiyyə Ərəbistanı ənənəsi olan görüşlər öncəsi keçirilən qəhvə mərasimində davranışı ilə izləyənləri təəccübləndirib. Şahzadə Salman ona təklif edilən xüsusi ədviyyatlı Səudiyyə qəhvəsini bir anda içərkən, Tramp qəhvə fincanını əlində tutmaqla kifayətlənib.
Şahzadə Salman bir müddət Trampın qəhvə içməsini gözləyib, lakin Trampın qəhvə içməyəcəyini görəndə danışmağa davam edib. Tramp dolu fincanı yaxınlıqdakı masanın üstünə qoyub.
Tramp daha əvvəl heç vaxt qəhvə içmədiyini bildirmişdi. Qəhvəni spirt və siqaretlə eyniləşdirən Tramp, qardaşının ölümünə görə bu içkini günahlandırmışdı.
***
Səudiyyə Ərəbistanının hava limanında Trampı qarşılayan şəxs Səudiyyə Ərəbistanının faktiki lideri vəliəhd şahzadə Məhəmməd bin Salman olub.
Bin Salman ölkəsini qeyri-neft iqtisadiyyatına çevirməyi hədəfləyən “Vision 2030” planının ideya müəllifidir.
Trampın gəlişi ərəfəsində danışan Səudiyyə Ərəbistanının İnvestisiya naziri Xalid əl-Falih, “Enerji ticarəti əlaqələrimizin əsasını təşkil edir. Lakin investisiya və iş imkanları indi eksponent olaraq artıb”, – deyib.
“Səudiyyəlilər və amerikalılar qüvvələri birləşdirəndə yaxşı şeylər baş verir. Əslində, çox vaxt böyük şeylər baş verir".
Tramp səfərini Qətər və Birləşmiş Ərəb Əmirliklərinə davam etdirəcək. Lakin onun səfər təqviminə İsraili daxil etməməsi diqqət çəkib.